İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

ZAKİR NAZIYEV – 75

30-10-2024

Xəbər Şəkli

<> Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri Zakir Nazıyevin 75 yaşı tamam olub. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri yubilyara təbrik ünvanlayıblar. Təbrikdə deyilir: <> Hörmətli Zakir müəllim! <> Sizi – şərəfli ömrünün kamillik zirvəsində olan dəyərli şəxsiyyəti, xalqına və dövlətinə xidmət duyğusunu hər şeydən üstün tutan vətənpərvər ziyalını və yüksək mənəviyyata malik nəcib insanı 75 İllik Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, sevinc dolu günlər və əmin-amanlıq arzulayırıq! <> Siz qəlbi doğma Vətəninə, xalqına, elinə-obasına sevgi ilə yoğrulmuş, əməlləri ilə insanların hörmət və sevgisini qazanmış təvazökar şəxsiyyətsiniz. Fədakar əməyiniz, intellektual səviyyəniz, yüksək insani keyfiyyətləriniz, işgüzarlığınız və prinsipiallığınızla xalqımıza və dövlətimizə dəyərli xidmətlər göstərirsiniz. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında və Azərbaycan Kooperasiya Universitetində uzunmüddətli səmərəli fəaliyyətnizlə Sizə göstərilən etimadı yüksək səviyyədə doğrultmusunuz. Fəaliyyətiniz boyunca həmişə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətənimizin tərəqqisinə istiqamətlənmiş uğurlu siyasətini qətiyyətlə dəstəkləmisiniz. <> Bu gün də Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri kimi Vətənimizin inkişafı üçün davamlı səylər göstərir, ömrünüzün bu kamillik çağında bütün varlığınızla və ruhunuzla, daxildən gələn tükənməz enerji ilə çalışır, qarşıya qoyduğunuz saf və ali məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşırsınız. Doğma Azərbaycanımıza səmərəli fəaliyyətinizlə xidmət edərək cəmiyyətə daim fayda verməyə çalışır, təmasda olduğunuz hər kəsə pozitiv təsir göstərməkdən yorulmursunuz. <> Hörmətli Zakir müəllim! <> Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi əlamətdar Yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə nümunəvi ömür yolunuzda və Vətənimizin xoş gələcəyi naminə əzmkar fəaliyyətinizdə yüksək nailiyyətlər diləyirik! <> Dərin hörmət və səmimiyyətlə, <> Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin <> üzvləri adından Şuranın sədri, <> millət vəkili, professor Eldar QULİYEV