İmişli rayon Ağsaqqallar Şurasının sədri, "Azərişıq" ASC "Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəis müavini, YAP İmişli rayon təşkilatının "Energetik" ərazi partiya təşkilatının sədri. Saleh Səmədov 1962-ci ilin iyun ayının 27-də İmişli şəhərində anadan olmuşdur. 1969-1980-ci illərdə İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəbdə orta təhsil almışdır. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. 1980-81-ci illərdə İmişli rayon Yol İstehsalat idarəsində fəhlə, 1983-85-ci illərdə İmişli rayon Rabitə və İşarəvermə stansiyasında anbar müdiri, 1985-86-cı illərdə İmişli rayon “Yol Restoran” Birliyində bufetçi, 1986-87-ci illərdə Bakı şəhər “Azərkitab” Birliyi 1 saylı kitab mağazasında satıcı, 1987-92-ci illərdə Bakı şəhər 4 saylı kolxoz bazarında tədarük-satış müəssisəsinin müdiri, 1992-93-cü illərdə Bakı ŞİH Aqrar məhsulları Bazar Ticarəti idarəsində baş direktor, 1993-95-ci illərdə Bakı şəhəri “Ozan” kiçik müəssisəsində direktor, 1995-96-cı illərdə Bakı şəhər Ticarət İctimai İaşə Baş idarəsində rəis müavini, 1996-98-ci illərdə Bakı şəhər Səbayıl rayon Ticarət və İctimai İaşə Baş idarəsində baş direktor, 1998-99-cu illərdə Bakı şəhəri İstehlak Bazarı Xidməti Departamentinin Nərimanov rayon şöbəsində rəis, 1999-2001-ci illərdə Bakı şəhəri “FM-RUS” Kommersiya firmasında direktor, 2001-2002-ci illərdə Bakı şəhəri İstehlak Bazarı və Xidməti Departamentinin Ekspertiza və Sertifikatlaşdırma İdarəsində rəis, 2002-2006-cı illərdə İmişli rayon “Araz” MMC firmasında təsisçi, 2006-2008-ci illərdə Naftalan şəhər İcra Hakimiyyətində baş iqtisadçı, 2008-2009-cu illərdə “Xan-Araz” MMC-də direktor, 2009-2010-cu illərdə İmişli rayon Məşğulluq Mərkəzində direktor, 2010-2011-ci illərdə İmişli rayon İcra Hakimiyyətində Başçının sosial-iqtisadi məsələlər üzrə müavini, 2011-2013-cü illərdə “Xan-Araz” MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə “Azər-S-Test” MMC-də direktor vəzifələrində işləmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 4 övladı var.