İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Xəlfəli kənd Ağsaqqallar Şurası “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

04-11-2024

Xəbər Şəkli

<> Prezident cənab İlham Əliyevin məlum sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunmuşdur. Bu aksiya ilə əlaqədar Ölkəmizin hər yerində olduğu kimi, İmişli rayonu Xəlfəli kənd Ağsaqqallar Şurasının təşəbbüsü ilə və iştirakı ilə Xəlfəli kəndində “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir. Aksiya zamanı əvvəlcə ərazidə təmizlik işləri aparılmış, sonra isə müxtəlif növ ağaclar əkilmişdir. <> Yeni əkilmiş ağaclar aqrotexniki qaydalara uyğun əkilmiş və yeni əkilən ağaclar suvarılmışdır. <> Akisyanın keçirilməsində məqsəd Respublikamızda ekoloji mühitin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını tətbiq və inkişaf etmək, yaşıllıqların çoxaldılmasını təşviq etmək, ətraf mühitin qorunması, xüsusən də Vətənimizdə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və bu işlərdə ekoloji maarifləndirmə sahəsində keçirilən tədbirlərə töhvə verməktir. <> Ağacəkmə aksiyaları ardıcıl olaraq davam etdirilir.