09-05-2025
<> Əziz həmvətənlər! <> Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətçiliyimizin memarı olan Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü böyük ehtiram və qürur hissi ilə qeyd edirik. <> Heydər Əliyev bütün həyatını xalqına və dövlətinə həsr etmiş, milli maraqları daim üstün tutaraq Azərbaycanın tarixində dərin iz qoymuş bir liderdir. Onun uzaqgörən siyasəti və müdrik rəhbərliyi nəticəsində ölkəmiz çətin sınaqlardan uğurla çıxmış, sabitlik və inkişaf yoluna qədəm qoymuşdur. <> Bu əlamətdar gündə biz, İmişli rayonunun ağsaqqalları olaraq, Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad edir, onun ideyalarının bu gün də Azərbaycan xalqına yol göstərdiyini dərin məmnunluqla vurğulayırıq. <> Ulu Öndərin parlaq ideyaları daim yaşayacaq, Azərbaycan xalqına işıq saçacaqdır. <> Dərin hörmətlə, <> Səmədov Saleh <> İmişli Rayon Ağsaqqallar Şurasının sədri