27-11-2024
<> Professor İlham Rəhimov Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru oldu! Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurasi Qara Dəniz və Xəzər Dənizi Regionu Ölkələri Hüquqşunaslar Assosasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşunası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovu "dövlətlərarası münasibətlərin inkişafında göstərdiyi böyük xidmətlərə görə" Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adina layiq görüb. Bu yüksək mükafatın təqdimatı ilə bağlı xüsusi marasim noyabrın 25-də Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurasının iclasında baş tutub. Taqdimat mərasimində İlham Rəhimova Fəxri doktor diplomu və mantiyasi təqdim olunub. Təntənəli mərasimdə Sankt-Peterburq Universitetinin rektoru, Rusiya Hüquqşunaslar Assosiasiyasi Rəyasət Heyətinin üzvü, "Rusiya Hüquqşunaslar Assosiasiyas!" Umumrusiya ictimai taskilatinin regionlararasi bölmasinin sadri Nikolay Mixayloviç Kropaçev Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adina layiq görülməsi münasibətilə İlham Rəhimovu təbrik edərək, ona fərqləndirici nişanlar taqdim edib. <> "Sankt-Peterburq Universitetinin 300 illik tarixində Fəxri doktor adı Rusiyanın və xarici dövlətlərin 142 vətəndaşına verilib. Onların arasında bir çox müasirlərimiz, görkəmli hüquqşunaslar və dövlət xadimləri var. Universitet öz məzunları - hüquqşunaslar və ilk növbədə Sankt-Peterburq Dövlət Universitetinin əsas məzunu - Rusiya Federasiyasinin Prezidenti Vladimir Vladimiroviç Putinlə fəxr edir", - deyə Sankt-Peterburq Dövlət Universitetinin rektoru Nikolay Mixayloviç Kropaçev qeyd edib. Noyabrın 26-da isə azərbaycanli alimin elmi fəaliyyətinin 45 illiyinə həsr olunmuş dəyirmi masa və kitablarının sərgisi təşkil olunmuşdur. <> Əziz dostumuz, çox hörmətli Professor İlham Məmmədhəsən oğlu Rəhimov, Sizi Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru olmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı və dövlətlərarası münasibətlərin inkişafı sahəsində göstərdiyiniz səmərəli və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. <> Saleh Səmədov <> İmişli rayon Ağsaqqallar Şurasının sədri, <> İmişli rayon Rus İcmasının sədr müavini