12-11-2024
<> Bu gün Azərbaycan Respublikası “Azərİşıq” ASC sədrinin baş müşaviri, İmişli rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü cənab Kamil Hüseynovun ad günüdür. <> Azərbaycan, Cənab Prezidentimiz İlham Əliyev sayəsində sözün bütün mənalarında islahat, inkişaf, tərəqqi və Zəfərlər zamanını yaşamaqdadır. Bütün sahələrdə olduğu kimi ölkə enerji sisteminin təhlükəsizliyinin və dayanıqlılığının təmin edilməsi, istehlakçıların fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təchizatı Cənab Prezidentin diqqəti sayəsində yeni mərhələyə qədəm qoyub. <> Hörmətli Kamil müəllim, Sizin “Azərİşıq” ASC sədrinin Baş Müşaviri kimi istər müxtəlif bölgələrimizdə, istərsə də işğaldan azad edilmiş ərazilərdə yeni generasiya güclərinin yaradılması, mövcud olanların ən yüksək səviyyəyə gətirilməsi, o cümlədən yarımstansiyaların tikilərək yenidən qurulması, ölkənin bütün istiqamətlərində yeni ötürücü və paylayıcı elektrik xətləri çəkilməsində xüsusi əməyiniz vardır. Cənab Prezidentin istər istehsal, istərsə də paylayıcı elektrik şəbəkələrinin açılışlarında şəxsən iştirak etməsi, tövsiyə və tapşırıqlarını verməsi, Sizin üçün qürurverici olmaqla yanaşı, məsuliyyət hissinizi daha da artırır. <> Hörmətli Kamil müəllim! <> Ad günləri, insanlar üçün sadəcə bir yaşın tamamlanması deyil, həm də keçmişin qiymətləndirilməsi və yeni ümidlərin, hədəflərin qurulması üçün əlamətdar bir zamandır. Sizi 55 yaşınızın tamam olması münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı diləyir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlievin rəhbərliyi ilə şərəfli və məsuliyyətli işlərinizdə böyük uğurlar, yeni-yeni nailiyyətlər qazanmağınızı arzulayıram. <> Hörmətlə, <> İmişli rayon Ağsaqqallar Şurasının sədri, <> “Azərişıq” ASC “Aran” RETSİ-nin <> Təmir-tikinti işləri üzrə rəis müavini: Saleh Səmədov