İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Təbrik edirik!

17-09-2024

Xəbər Şəkli

Hörmətli Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iqtisad elmləri doktoru, professor Vahid müəllim! <> Sizin rəhbərlik etdiyiniz Azərbaycan Respublikası Auditorlar Palatası rəhbərliyiniz sayəsində böyük uğurlar və nailiyyətlər əldə etmişdir. Məhz bu dövrdə audit ölkəmizin ictimai və iqtisadi həyatında möhkəmlənmiş, Azərbaycan auditinin beynəlxalq qurumlar tərəfindən tanınması və xarici əlaqələrin daha da güclənməsi baş vermişdir. <> Hörmətli Vahid müəllim! <> “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 30 illiyi münasibətilə Sizi təbrik edir, xidməti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm! <> Hörmətlə, <> İmişli rayon Ağsaqqallar Şurasının sədri <> Saleh Səmədov