10-03-2025
<> Mirzəyev Qalıb Vəli oğlu İmişli şəhər Bələdiyyəsinin sədri seçilmişdir <> İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və İdarə heyətinin üzvləri Qalıb Mirzəyevi bu qələbə münasibətilə təbrik edirlər! <> Qalib Vəli oğlu Mirzəyev 1961- ci ildə İmişli şəhərində anadan olmuşdur. <> O, 1968- 1978- ci illərdə İmişli şəhər 34 nömrəli (indiki 7 nömrəli) orta məktəbdə təhsil almışdır. 1978- ci ildə Qalib Mirzəyev Qırmızı Əmək Bayrağı ordenli V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə qəbul olmuş və 1983- cü ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. <> Qalib Mirzəyev Ali təhsilli mütəxəssis kimi İmişli rayonunda müxtəlif sahələrdə çalışmışdır. O cümlədən, 1986-1991- ci illərdə İmişli rayon Komsomol komitəsində məsul vəzifələr tutmuşdur. <> 1991-2017- ci illərdə ƏSEEM İmişli rayon şöbəsində aparıcı mütəxəssis kimi əmək fəaliyyətini davam etdirmişdir. <> 2019 - cü ildən 2025- ci ilədək İmişli Peşə məktəbində direktor vəzifəsində çalışmışdır. <> Qalib Mirzəyev 29 yanvar 2025- ci ildə keçirilən Bələdiyyə seçkilərində iştirak etmiş və inamlı qələbə qazanaraq İmişli şəhər Bələdiyyəsinə üzv seçilmişdir. <> Yaxın günlərdə Bələdiyyə üzvləri öz sıralarından Bələdiyyə sədri seçmək üçün səsvermə keçiriblər. Səsvermə zamanı Qalib Mirzəyev səs çoxluğu ilə möhtəşəm və ədalətli şəkildə qələbə çalaraq İmişli şəhər Bələdiyyəsinə sədr seçilmişdir. <> Qeyd etməyi vacib hesab edirik ki, İmişli şəhər əhli Qalib Mirzəyevə etimad göstərməklə çox düzgün və ləyaqətli seçim etmişlər! <> Atalarımız -"Ot öz kökü üstündə bitər!" kəlamını əbəs yerə deməmişlər. <> İnanırıq ki, milli - mənəvi dəyərlər daşıyıcısı olan bir kökdən su içmiş, öz əsli - nəcabəti, mədəniyyəti və yüksək intellektli qabiliyyəti ilə cəmiyyətdə nüfuz sahibi kimi tanınan Qalib Mirzəyev İmişli şəhər Bələdiyyəsinə rəhbərliyi dövründə də daşıyıcısı olduğu ənənələrə sadiq qalaraq İmişliyə öz parlaq töhvələrini verəcəkdir! <> Bir daha Qalib Vəli oğlu Mirzəyevi İmişli şəhər Bələdiyyəsinə sədr seçilməsi münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni -yeni uğurlar və nailiyyətlər arzulayırıq! <> Saleh Səmədov. <> İmişli rayon Ağsaqqallar Şurasının sədri.