İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Saleh Səmədov Naxçıvan MR Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədovla görüşüb

26-08-2024

Xəbər Şəkli

İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Naxçıvan Muxtar Respublikasında Naxçıvan MR Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədovla görüşüb. Görüşdə öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəliklərin yerinə yetirilməsindən söhbət açılıb. Həmçinin Şura sədrləri ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıblar və gələcəkdə Naxçıvan MR Ağsaqqallar Şurası ilə İmişli rayon Ağsaqqallar Şurası arasında əməkdaşlığın möhkəmləndirilməsi, ictimai-siyasi proseslərin gedişində birgə müzakirələr aparılmasını planlaşdırıblar.