28-06-2024
Bu gün İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən ictimai-siyasi fəaliyyəti, həmçinin şəhid ailələrinə, qazilərə və veteranlara göstərdiyi qayğıya görə İki dəfə Sovet İttifaqı Qəhrəmanı "General Həzi Aslanov" yubiley medalı ilə təltif olunub. Bu münasibətlə İmişli rayon Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından Saleh Səmədovu ürəkdən təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.