İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Professor Eldar Quliyevi təbrik edirik

02-09-2024

Xəbər Şəkli

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Hesablayıcı Komissiyanın sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev Azərbaycan Respublikası Milli Məclisinə 01 sentyabr 2024-cü ildə keçirilmiş seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə qalib gələrək millət vəkili seçilmişdir. İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və Şura üzvləri adından Cənab Eldar Quliyevi millət vəkili seçilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, Ona möhkəm cansağlığı, bu çətin və məsuliyyətli işində uğurlar arzulayırıq.