05-04-2025
<> İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və İdarə heyətinin üzvləri adından <> TƏBRİK <> İmişli rayon Ağsaqqallar Şurasının İmişli rayon Elektrik Şəbəkəsi ərazi təşkilatının sədri Bəşirov Nəvaşir Ələkbər oğlunu 63 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona işlərində uğurlar və ən şirin nemət olan can sağlığı arzulayırıq! <> Ətraflı məlumat üçün bildiririk ki, Bəşirov Nəvaşir Ələkbər oğlun1962-ci ildə İmişli şəhərində anadan olub. 1969-1979 cu illərdə İmişli şəhər 34 nömrəli dəmiryol orta məktəbində təhsil alıb. <> D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıaraq Sənayenin İqtisadiyyati fakultəsini bitirib. <> Sonra Cəlilabad rayon Şərab zavodunda baş iqtisadçı, İmişli rayon Pambıq zavodunda əmtəəşunas və məntəqə müdiri, İmişli Paylayıcı Elektrik Şəbəkəsində satış şöbəsinin rəisi və direktoru işləyib. Sonrakı illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsnin rəisi olub. <> Hazırda İmişli rayon Elektrik Şəbəkəsində aparıcı mühəndis vəziflsində işləyir. <> İmişli rayon Ağsaqqallar Şurasının İmişli rayon Elektrik Şəbəkəsi ərazi təşkilatının sədri olaraq şuranın fəaliyyətində fəal iştirak edir! <> Saleh Səmədov <> İmişli rayon Ağsaqqallar Şurasının sədri.