10-03-2025
<> İmişli rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Məhərrəm Əliyevin 86 yaşı tamam olub. <> Bu gün İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi və İdarə heyəti üzlərinin iştirakı ilə Məhərrəm Əliyevin 86 yaşının tamam olması ilə əlaqədər tədbir keçirilmişdir. <> İmişli rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev yubliyarın həyat yolu barədə tədbir iştirakçılarına məlumat verərək qeyd etmişdir ki, Məhərrəm Əliyev 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakultəsinin Mühasibat- Uçotu şöbəsini bitirmişdir. 1962-1967- ci illərdə İmişli rayonunda Taun Əleyhinə Mübarizə stansiyasında baş mühasib işləyib. 1967-1970-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin İmişli Avtabazasında Plan şöbə müdiri və istismar şöbə müdiri vəzifələrində çalışıb. 1970-1972-ci illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin 23 nömrəli tikinti idarəsində baş iqtisatçı işləyib. 1972-1973- cü illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin 3 nömrəli tikinti idarəsində mühasib, 1973-cü ildən Bəhrəmtəpə Su Tikinti İdarəsinin Beyləqan rayonunda yerləşən Mil Kanal Su Tikinti İdarəsinin 14 nömrəli yerli təşkilatında baş mühasib işləyib. 1974-1976-cı illərdə Muğan Melorasiya Su Tikinti İdarəsinin İmişlidə yerləşən 23 nömrəli yerli təşkilatında baş mühasib, 1976-1982-ci illər ərzində İmişlidə Su Tikinti təşkilatının trest səviyyəsində baş mühasibi olub. <> 1982-1999-cu illərdə Azərbaycan Respublikası Pambıq Təmizləmə Sənayesi Nazirliyinin 283 nömrəli İmişli Pambıq zavodunda baş mühasib olaraq fəalliyyət göstərib. 1999-cü ildən 2001-ci ilə qədər 14 nömrəli Əmək Müfəttişliyində baş əmək müfəttişi işləyib. 2001-ci ildən pensiyaya çıxıb. <> V. Tağıyev bildirib ki, Məhərrəm Əliyevin bütün əmək fəaliyyəti dövründə düzlük, ədalətlilik və yüksək əmək intizamı onun devizi olub. Həyatı boyu Vətənə şərəflə xidmət edən, öz davranışı ilə cəmiyyətə nümunə olan Məhərttəm Əliyevi ad günü münasibətilə təbrik edib. <> Belə gözəl təşəbbüslərin ideya müəllifi, İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov çıxış edərək Məhərrəm Əliyevi yüksək ünsiyyət mədəniyyəti, nümunəvi davranışı, ictimaiyyət arasında özünü yüksək səviyyədə aparması, məsələlərə münasibəti, yerişi- duruşu, səliqə- sahmanı ilə bütün insanlara nümunə ola bilən bir şəxsiyyət kimi ətrafı xarakterizə edib. <> Saleh Səmədov əlamətdar gün, şərəfli həyatının 86-cı ildönümü münasibətilə Məhərrəm Əliyevi Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından, şəxsən öz adından və İmişli rayon Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından ürəkdən təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavanlıq və gələcək fəaliyyətində uğurlar arzulayıb! <> Saleh Səmədov ağsaqqallar adından Məhərrəm Əliyevə onun nurlu simasını üzərində əks etdirən kiçik həcimli xalça- foto hədiyyə edib. <> Tədbirdə iştirak edən İmişli rayon Ağsaqqallar Şurası sədrinin müavini Məmi Atakişiyev, aparat rəhbəri Murad Seyidov və idarə heyətinin üzlərinin çox hissəsi çıxış edərək yubliyarı təbrik edib, ona səmimi ürək sözlərini çatdırıblar. <> Tədbirdə çıxış edən hər kəs və ad günü qeyd olunan Məhərrəm Əliyev rayon ağsaqqallar şurasının üzvlərinə və hər bir rayon sakininə qayğı ilə yanaşdığına görə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədova dərin minnətdarlıqlarını bildiriblər. <> Sonda tədbirdən xatirə fotoları çəkilib.