11-04-2025
<> Aprel ayının 8-də Masallı şəhərində Şah İsmayıl Xətai Parkında ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi keçirilib. <> Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, rayonun ağsaqqalları, ziyalıları, şəhid ailələri, əlillər və media mənsubları iştirak ediblər. <> Mərasim iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. <> Açılış mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ağsaqqalları və əlilləri yeni binanın açılışı münasibətilə təbrik edib və asudə vaxtlarının səmərəli keçirmələri üçün onlara müasir standartlara uyğun şəraitin yaradıldığını vurğulayıb. <> Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və digər natiqlər ağsaqqallara və əlillərə göstərilən diqqət və qayğıya görə başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. <> Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə daxili imkanlar hesabına 0,06 ha sahədə tikilmiş istirahət güşəsinin 83 kv.metr hissəsi ağsaqqalların, 70 kv.metr hissəsi isə nitq qüsurlu əlillərin asudə vaxtlarının səmərəli keçirmələri üçün nəzərdə tutulub. <> https://agsaqqallarsurasi.az/20825/#prettyPhoto