İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

Kənd Ağsaqqallar Şurasının üzvləri ilə görüşlər davam edir

04-07-2024

Xəbər Şəkli

İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Telişli, Murğuzalılı və Bəcirəvan kəndlərinin Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb. Görüşü giriş sözü ilə açan Saleh Səmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müasir ölkəmizdə ağsaqqallar daim yüksək hörmət və nüfuz sahibi olmuş, bu gün də hər bir yeniyetmə və gəncin Vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə olunmasında onların müstəsna xidmətlərinə, müdrik tövsiyələrinə istinad olunur. Görüşdə çıxış edən kənd ağsaqqalları Şanlı Qələbəmizdən sonra Azərbaycanın mühüm inkişaf dövrünə qədəm qoymasına, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyə, əminəmanlığa, günbəgün qüdrətlənən iqtisadi gücümüz sayəsində işğaldan azad olunmuş ərazilərimizdə nəhəng infrastruktur layihələrin reallaşdırılmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Daha sonra təşkilatı məsələlərə baxılıb. Məmi Atakişiyev Bəcirəvan, Səfayıl Əmirov Telişli, İlham Mustafayev isə Murğuzalılı kənd Ağsaqqallar Şurasının sədri seçiliblər. Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Kənd Ağsaqqallar Şurasının yeni seçilmiş sədrlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb