09-11-2024
<> “8 noyabr - Zəfər Günü” ilə bağlı “Bu zəfərin mübarək ey Vətən!” adlı tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, İmişli rayon Ağsaqqallar Şurasının nümayəndələri ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, millət vəkili Səyyad Salahlı və YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir başlamamışdan öncə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. <> Tədbirdə çıxış edənlər 8 noyabr – Zəfər Gününün xalqımızın qürur mənbəyinə çevrilməsindən, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin və lokal antiterror tədbirlərinin uğurlu nəticəsindən, torpaqlarımızda dövlət bayrağımızın dalğalanması, suverenliyimizin tam bərpa olunmasının qürurundan söhbət açıblar. <> Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərək, əldə olunan qələbənin nəinki Azərbaycan, həmçinin dünya hərb və diplomatiya tarixinin ən unikal hadisələrindən biri olduğunu diqqətə çatdırıblar. <> Tədbirdə mədəniyyət və incəsənət işçilərinin ifalarında bir-birindən maraqlı kompozisiya və musiqi nümunələri nümayiş olunub. Tədbir iştirakçılar tərəfindən böyük fərəhlə qarşılanıb.