20-01-2025
<> Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş1990-cı il 20 Yanvar hadisələrindən 35 il keçir. Bu gün İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov başda olmaqla rayon ağsaqqallar şurasının üzvləri Şəhidlər Xiyabanında olmuş, şəhidlərin abidələrinin üzərinə tər gül dəstələri düzmüşlər. <> Məlum olduğu kimi 20 yanvar, Ümumxalq hüzn günü şanlı tariximizdə müstəqillik və azadlıq uğrunda mübarizənin simvolu, dövlətçilik tariximizin dönüm nöqtəsidir. <> 35 il əvvəl yaşanan bu qanlı faciə və verilən qurbanlar hər bir azərbaycanlının qəlbində hüznlə yanaşı, milli birlik və təəssübkeşlik hissləri oyadan qan yaddaşımızdır. <> Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz və əbədi xatirəsini hörmətlə anırıq. <> Allah şəhidlərimizə rəhmət eləsin!