İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Xubyarlı kənd ağsaqqalları ilə görüş keçirdi

19-11-2024

Xəbər Şəkli

<> Görüşdə İmişli rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev, şuranın Aparat rəhbəri Murad Seyidov, İdarə heyətinin üzvləri Famil İmanov, Güloğlan Xudiyev və Xubyarlı kənd ağsaqqalları iştirak edirdi. <> Görüşü giriş sözü ilə açan Vahid Tağıyev ilk öncə torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canlarını qurban verən şəhidlərimizin və dünyalarını dəyişmiş kənd ağsaqqallarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. <> Sonra İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Saleh Səmədovun şuraya rəhbərlik etdiyi bir neçə ay ərzində şura üzvlərinin sayının və ərazi təşkilatlarının sayının sürətlə artmasından və uğurla həyata keçirilən işlərdən danışdı. Eyni zamanda Ağsaqqallar şurasınının qarşısında duran vəzifələrə bir daha aydınlıq gətirdi. <> Sonra Güloğlan Xudiyev çıxış edərək əsası Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycan Ağsaqqallar Şurası və şuranın məqsəd və məramları haqqında məlumat verdi. <> Famil İmanov görüşdə vurğuladı ki, Azərbaycanda həmişə böyüyə hörmət ön sırada olmuşdur. Bu ənənə ağsaqqalların sayəsində davam etməkdədir. <> Sonra Murad Seyidov ağsaqqal və ağsaqqal nüfuzunun ölkəmizdə yüksək səviyyədə olduğunu xüsusi vurğuladı. 30 illik işğala 44 gündə son qoyuldu bu dövlət rəhbərinin apardığı davamlı və dayanıqlı siyasətinin nəticəsində hayata keçirildi. <> Sonra təşkilatı məsələlərə aydınlıq gətirərək izah etdi ki, Xubyarlı kənd ağsaqqallar şurasının ərazi təşkilatını təsis etmək üçün açıq səsvermə ilə idarə heyətinə 9 nəfər üzv seçilməli və onların sırasından isə bir nəfər sədr, iki nəfər sədr müavini seçilməlidir. <> Açıq səsvermə ilə - Əsgərov Hazar, Əsgərov Kamal, Quliyev İnşalla, Quliyev Bakir, Gözəlov Qanı, Fərzalıyev Əlizamin, Seyidov Mirzağa, Mahmudov Cahət və Əliyev Bahadur İdarə heyətinin üzvü, Seyidov Mirzağa - sədr, Quliyev İnşalla və Əliyev Bahadur isə sədr müavini seçildi. <> Beləliklə, ağsaqqallar şurasının Xubyarlı kənd ərazi təşkilatı təsis olundu.