28-10-2024
<> Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramiz Əliyev, İdarə Heyətinin üzvü Famil İmanov, Humanitar məsələlər üzrə sədrin köməkçisi Murad Seyidov və Xəlfəli kənd Ağsaqqalları iştirak edirdi. <> Əvvəlcə Xəlfəli kəndinin mərkəzində ucaldılmış "Şəhidlər kompleksi" ziyarət olundu, şəhidlərimizin ruhuna dualar oxundu. Xəlfəli kənd sakini, Vətən Müharibəsi şəhidi Babaşov Ucalın atası Nərbala kişi ilə görüşüldü və bir daha baş sağlığı verildi. Tədbir Xəlfəli kənd orta məktəbin zalında davam etdirildi. <> Tədbiri açıq elan edən Aparat rəhbəri Ramiz Əliyev üzürlü səbəbdən tədbirdə iştirak edə bilməyən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı və Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev adından salamlayaraq işlərində uğurlar arzuladı. Aparat rəhbəri çıxışına davam edərək məlumat verdi. <> Açıq səsvermə yolu ilə 11 nəfərdən ibarət idarə heyəti seçildi. Səsvermə yolu ilə Əli Əsədov, Nərbala Babaşov, Qubad Qubadov, Seyidağa Ağayev, Hüseynəli Qubadov, Nadir Atakişiyev, Xalıqverdi Qurbanov, Teyyub Balakişiyev, Rauf Novruzov, Akif Məmmədov və Əvəz Nurullayev Xəlfəli kənd Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Atakişiyev Nadir sədr, Xalıqverdi Qurbanov, Teyyub Balakişiyev və Rauf Novruzov sədrin müavini seçildilər. İmişli rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Famil İmanov və Humanitar məsələlər üzrə sədrin köməkçisi Murad Seyidov çıxış edərək Ağsaqqallar Şurasının məqsədi, məramı, nizamnaməsi və əsasnaməsi haqqında məlumat verdilər və yerli Xəlfəli kənd Ağsaqqalları Şurasının təsis olunması məqsədilə öz təbrik və arzularını çatdırdılar. <> Bununla da tədbir yekunlaşdı.