İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Şahverdili kənd Ağsaqqalları ilə tədbir keçirdi.

24-10-2024

Xəbər Şəkli

<> Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramiz Əliyev, İmişli rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü Güloğlan Xudiyev, Humanitar məsələlər üzrə sədrin köməkçisi Murad Seyidov və Şahverdili kənd Ağsaqqalları iştirak edirdi. <> Tədbiri giriş sözü ilə açan Aparat rəhbəri Ramiz Əliyev üzürlü səbəbdən tədbirdə iştirak edə bilməyən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı–“Azərittifaq”ın sədri, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı və Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin adından salamlayaraq, onların yeni siyasi fəaliyyətlərində uğurlar dilədi. <> Sonra cari ildə Saleh Səmədovun İmişli rayon Ağsaqqallar Şurasına sədr seçilməsindən keçən 6 ay müddətində görülən nəzərəçarpacaq irəliləyişlərdən, Ağsaqqallar Şurasının üzvlərinin az müddət ərzində 1111 nəfərə çatdığını və Ağsaqqallar Şurasının yerli təşkilatlarının sayının 18 olduğunu qeyd etdi. Bu tendensiyanın dayanıqlı və ardıcıl olaraq davam etdiyini xüsusi vurğuladı. <> İmişli rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Güloğlan Xudiyev və Humanitar məsələlər üzrə sədrin köməkçisi Murad Seyidov çıxış edərək Ağsaqqallar Şurasının nizamnaməsi və əsasnaməsi haqqında məlumat verdilər, qarşıda duran vəzifələri izah etdilər. <> Açıq səsvermə yolu ilə Malik Əzimov, Qurban Həsənov, Səməd Abdullayev, Səməndər Şıxəliyev, Şəmsəddin Bayramov, Aydın Xudiyev, Xanlar Bayramov, Yengibar Həsənov və Arif Həsənov üzv seçildi, Qurban Həsənov sədr, Malik Əzimov və Səməd Abdullayev sədrin müavini seçildilər. <> Beləliklə Şahverdili kənd Ağsaqqallar Şurasının yerli təşkilatı təsis olundu.