23-10-2024
<> İmişli rayonu Ağsaqqallar Şurasının rəhbərliyi ilə İmişli rayonu Otuziki kənd ağsaqqallarının görüşü baş tutmuşdur. Ğörüşdə İmişli rayonu Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, aparat rəhbəri Ramiz Əliyev, İdarə Heyətinin üzvü Güloğlan Xudiyev, Humanitar məsələlər üzrə sədrin köməkçisi Murad Seyidov, Millətlərarası Münasibətlər üzrə sədrin köməkçisi Adil Kərimov və Otuziki kənd ağsaqqalları iştirak edirdilər. <> Görüşü açıq elan edən aparat rəhbəri sözü İmişli rayonu Ağsaqqallar Şurasının sədri Saleh Səmədova verdi. Saleh Səmədov ilk öncə görüş iştirakçılarını Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Mərkəzi Kooperativlər İttifaqı-"Azərittifaqın" sədri, Milli Məclisin Hesablama Palatasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin adından salamladı. Çıxışına davam edən natiq, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətindəki ideoloji-siyasi istiqamətlərin hədəfləri, Ağsaqqallar Şurasaının prioritet məqsədləri barədə müfəssəl məlumat verdi! O, bəyan etdi ki, Azərbaycan Ağsaqqallar Şurası Azərbaycan xalqına məxsus mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi, xüsusilə, Qərbdən ötürülən mənfur ideoloji tullantıların zərərsizləşdirilməsi yolunda lokomotiv rolunu oynayır! Azərbaycan Ağsaqqallar Şurası ictimai-siyasi təşkilat olaraq daim Azərbaycan Dövlətinin yanındadır və Azərbaycan Dövlətinin yenılməz və dahi Rəhbəri İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti bir mənalı olaraq müdafiə edir. Şura sədri iclasın işinə uğurlar diləyərək çıxışını yekunlaşdırdı. <> Tədbirdə çıxış edən Millətlərarası Münasibətlər üzrə sədrin köməkçisi Adil Kərimov da müasir dünya çapında Ağsaqqallar Şurasının təqdirə layiq genişmiqyaslı ictimai-siyasi fəaliyyətinin danılmaz əhəmiyyətindən söz açdı. <> Daha sonra aparat rəhbəri Ramiz Əliyev Otuziki kənd Ağsaqqallar şurasının yerli təşkilatını təsis etmək məqsədilə açıq səsvermə təklifi ilə çıxış etdi. Toplantı iştirakçıları təklifi yekdilliklə qəbul etdilər. Sonra açıq səsvermə keçirildi! Səsvermənin nəticəsi olaraq 11 nəfərdən ibarət İdarə Heyəti təsis edildi! <> Səs vermə yolu ilə Tədbir Quliyev, Razı Şərifov, Yaqub Balayev, Rizvan Cəbrayılov, Ağaqulu Quluyev, Qəzənfər Niftalıyev, Bahadur Səmədov, Şəmşir Həsənov, Əlyar Fətullayev, Araz Ağayev, Zamin Cahangirov üzv seçildilər. Tədbir Quliyev sədr, Razı Şərifov, Yaqub Balayev və Zamin Cahangirov müavin seçildilər. <> İclasın sonunda Rayon Şurasının sədri Saleh Səmədov yekun nitqi söylədi! O, toplantı iştrkçılarını və yeni seçılmiş İdarə Heyətinin üzvülərini və onun rəhbər heyətini təbrik edərək, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində böyük uğurlar arzuladı! Bununla da İmişli rayonu Otuziki kənd Ağsaqqallar Şurasının təsis yığıncağı öz işini başa vurdu!