İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Oruclu kənd ağsaqqalları ilə görüş keçirdi.

16-11-2024

Xəbər Şəkli

<> Görüşdə İmişli Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev, şuranın Aparat rəhbəri Murad Seyidov, İdarə heyətinin üzvü Famil İmanov və Oruclu kənd ağsaqqalları iştirak edirdi. <> Görüşü giriş sözü ilə açan Vahid Tağıyev ilk öncə İmişli rayon Ağsaqqallar Şurasının sədri hörmətli Saleh Səmədovun salamlarını tədbir iştirakçılarına çatdırdı. O, dövlətimizin son illətdəki qürurverici, tarixi nailiyyətlərindən, Azərbaycanda tarixən ağsaqqalların üzərinə düşən milli- mənəvi dəyərlərimizdən söhbət açdı. Hazırda Ağsaqqallar şurasının fəaliyyəti, mövcud əsasnamənin tələblərindən, Ağsaqqallara dövlət dəstəyindən, onların fəaliyyət istiqamətlərindən danışdı. Ağsaqqallara uğurlar arzuladı. <> Görüşdə çıxış edən Famil İmanov da dövlət səviyyəsində ağsaqqallara olan hörmətdən, ağsaqqalların gənc nəslin tərbiyəsində, vətənpərvər ruhda böyüməsində örnək olmasını diqqətə çatdırdı. Rayonumuzun nüfuzlu ağsaqqallarını xatıtırlatdı. Hazırda ağsaqqalların üzərinə daha böyük məsuliyyət düşdüyünü önə çəkdi. <> Murad Seyidov çıxış edərək 44 gündə qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, bu günkü Azərbaycan dövlətinin nüfuzundan, iqtisadi yüksəlişimizdən danışdı. <> Sonra Aparat rəhbəri əsasnaməyə uyğun olaraq Oruclu kənd ağsaqqallarından açıq səsvermə ilə 9 nəfər idarə heyətinin üzvü seçilməli və onların sırasından bir nəfər sədr, iki nəfər sədr müavini seçilməli olduğunu bildirdi. Səsvermənin nəticəsinə görə; Bədirov Zəmanət, Abdulov İmran, Bəşirov Şirin, Mirzəyev Meylağa, Əmirov Xanoğlan, Rüstəmov Faiq, Ələkbərov Fazil, Astanov Yaqub idarə heyətinin üzvü seçildi. Onların sırasından isə - Zəmanət Bəbirov sədr, İmran Abdulov və Şirin Bəşirov sədrin müavinləri seçildi. <> Beləliklə Oruclu kənd ərazi təşkilatı təsis olundu və tədbir yekunlaşdı. <> Ağsaqqallara uğurlar arzulayırıq!