İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Ölcələr kənd Ağsaqqalları ilə tədbir keçirdi.

21-10-2024

Xəbər Şəkli

<> İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Ölcələr kənd Ağsaqqalları ilə tədbir keçirilmişdir. Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin müavini Səlim Məhərrəmov, idarə heyətinin üzvü Famil İmanov, Millətlərarası Münasibətlər üzrə sədrin köməkçisi Adil Kərimov, Humanitar məsələlər üzrə sədrin köməkçisi Murad Seyidov və Ölcələr kəndinin Ağsaqqalları iştirak edirdi. Tədbirdə iki məsələ: İmişli rayon Ağsaqqallar Şurasının son altı ayda həyata keçirdiyi işlərin hesabatı, Ölcələr kəndində yerli Ağsaqqallar Şurasının təsis edilməsi. <> Yığıncağı giriş sözü ilə açan İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov ilk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Sonra natiq çıxışına davam edərək Ölcələr kənd ağsaqqallarını Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı və Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin adından yerli kənd ərazi təşkilatının yaranması münasibəti ilə səmimi salamlarını və təbrikini kənd ərazi ağsaqqallarına çatdırdı. Natiq İmişli rayon Ağsaqqallar Şurasının son 6 ay ərzində görülmüş işlərindən söhbət açaraq məlumat verdi ki, dayanıqlı və davamlı fəaliyyətimiz sayəsində 43 ərazi təşkilatı mövcuddur, onlardan 16-ı yeni yaradılmış yerli ərazi təşkilatıdır. Bu ənənəni gələcəkdə də davam etdirəcəyik. Sədr çıxışına davam edərək onu da xüsusilə vurğuladı ki, tarixən Qərbin bizə təlqin olaraq ixrac etdiyi qeyri-ənənəvi “dəyərlərin” qəbuledilməzliyini, tarixi köklərə söykənən milli-ənənəvi dəyərlərin inkişafı, ailə-məişət adət-ənənələrinin möhkəm, dayanıqlı təməllər üzərində möhkəmləndirilməsi, elmin, təhsilin, mədəniyyətin xarici təsirlərdən müdafiə olunması əsas fəaliyyət məqsədimiz olmalıdır. <> Sonra çıxış edən sədrin müavini Səlim Məhərrəmov, Aparat rəhbəri Ramiz Əliyev, Millətlərarası Münasibətlər üzrə sədrin köməkçisi Adil Kərimov və digərləri son 6 ay ərzində İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun hərtərəfli köməyi sayəsində xeyli təqdirə layiq tədbirlər həyata keçirilmiş və sıralarımız günbəgün artmaqdadır. Hazırda ağsaqqallar şurasının sıralarında 1100 nəfərdən üzv var və bu tendesiya mütəmadi olaraq davam edir. <> Sonra Ölcələr kənd Ağsaqqallar Şurasına açıq səsvermə yolu ilə 9 nəfər idarə heyətinin üzvü, sədr və 2 müavin seçildi. Mirsaleh Mirsalahov, Əli Məmmədov, Firidun Əliyev, Füzuli Quliyev, Yaqub Ağayev, Ehtiram Əhmədov, Yaqub Ağayev, Bəhmən Məmmədov və Şəmil Həsənov üzvü, Mirsaleh Mirsalahov-sədr, Əli Məmmədov və Firidun Əliyev – müavin seçildilər. Beləliklə də Ölcələr kənd Ağsaqqallar Şurası təsis olundu. <> İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov bu münasibətlə Ölcələr kənd sakinlərini və Ağsaqqallarını təbrik etdi, işlərində uğurlar dilədi. <> Bununla da tədbir yekunlaşdı.