07-11-2024
<> Görüşdə İmişli rayon Ağsaqqallar Şurası İdarə heyətinin üzvləri - sədrin birinci müavini Vahid Tağıyev, Aparat rəhbəri Murad Seyidov, Millətlərarası məsələlər üzrə sədrin köməkçisi Adil Kərimov, İdarə heyətinin üzvü Famil İmanov və Muradxanlı kənd ağsaqqalları iştirak edirdi. <> Vahid Tağıyev tədbiri açaraq ilk öncə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Saleh Səmədovun rəhbərliyi ilə rayon axsaqqallar şurasının uğurlu fəaliyyəti haqqında ətraflı məlumat verdi. Çıxışına davam edərək Ali Baş Komandan, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi, xalqımızın həmrəyliyi ilə qazanılmış tarixi "Zəfər Günü" - 8 noyabr münasibətilə tədbir iştirakçılarını və bütöv Azərbaycanı təbrik etdi! Bütün uğurlarımızda ağsaqqallarımızın xidməti böyükdür. Bax buna görə də Ağsaqqala, Ağsaqqal sözünə və dəstəyinə həmişə ehtiyacımız var. <> Sonra Millətlərarası məsələlər üzrə sədrin köməkçisi Adil Kərimov çıxış etdi.O, qeyd etdi ki, hamınıza məlumdur ki, Dövlətimiz, ümumilikdə Azərbaycanımız çətin sınaq qarşısındadır. Dünya liderlərinin "Yaşıl iqlim"lə bağlı Dünyanı narahat edən qlobal problemlərin həlli yollarını tapmaq üçün ölkəmizə təşrif buyuracaqlar. Bu, Dövlətimizə, Dövlətimizin prezidenti cənab İlham Əliyevin uzaqgörənliklə apardığı daxili və xarici siyasətin, Azərbaycanın dünya ölkələri sırasında söz sahibi olduğunun bariz nümunəsidir. Belə bir nüfuzun qazanılmasında Ağsaqqallarımızın rolu danılmazdır. İdarə heyətinin üzvü Famil İmanov çıxış edərkən bildirdi ki, mən Muradxanlı kənd sakinlərini, xüsusilə ağsaqqallarını çox yaxşı tanıyıram və onlara böyük hörmətim var. Mən əminəm ki, Muradxanlı kənd ağsaqqalları həmişə olduğu kimi yenə də nümunə olacaqlar. <> Daha sonra Aparat rəhbəri Murad Seyidov edilən çıxışlara müsbət münasibətini bildirdi. M.Seyidov Ağsaqqallar Şurasının əsasnaməsinə istnadən bildirdi ki, açıq səsvermə ilə Muradxanlı Ağsaqqallar Şurasının İdarə heyətinə 9 nəfər üzv seçilməlidir və onların sırasından bir nəfər sədr, iki nəfər sədr müavini seçilməlidir. Bu işdə onlara uğurlar arzulayıb təbrik etdi. Beləliklə, səsvermə zamanı 9 nəfər - Vaqif Nəsirov, Mübariz Nəcəfov, Rafiq Abbasov, Eyvaz Tarverdiyev, Mirsahib Əsədov, Məmmədhəsən Məmmədov, Əkbər Abbasov, Vaqif Qaraşov və Qaraş Qaraşov İdarə heyətinin üzvü seçildi. Seçicilər tərəfindən Vaqif Nəsirov sədr, Mübariz Nəcəfov və Əkbər Abbasov isə sədr müavini seçildi. Nəticə olaraq Muradxanlı kənd ağsaqqallarının ərazi təşkilatı təsis olundu və tədbir öz işini başa çatdırdı. <> Tədbir zamanı məlum oldu ki, kənd ağsaqqallarından olan 1943- cü il təvəllüdlü, təqaüddə olan rus dili və ədəbiyyatı müəllimi Əmirov Mirzəxan Heydar oğlu rəhmətə gedib. İmişli rayon Ağsaqqallar Şurası İdarə heyətinin üzvləri olaraq Muradxanlı kənd ağsaqqalları ilə birgə hüzr evinə gedildi, İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun və İdarə heyətinin üzvləri adından mərhumun ailəsinə, yaxınlarına başsağlığı verildi.