İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Muradallı kənd Ağsaqqalları ilə tədbir keçirdi.

22-10-2024

Xəbər Şəkli

<> Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, Aparat rəhbəri Ramiz Əliyev, İdarə Heyətinin üzvü Güloğlan Xudiyev, Millətlərarası Münasibətlər üzrə sədrin köməkçisi Adil Kərimov, Humanitar məsələlər üzrə sədrin köməkçisi Murad Seyidov və Muradallı kənd Ağsaqqalları iştirak edirdi. <> Tədbiri giriş sözü ilə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov çıxış edərək məlumat verdi ki, son bir neçə ay ərzində Muradallı kənd Ağsaqqallar Şurası təsis olunan sayca 16-ı yeni yerli təşkilatdır. O, bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı və Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin adından səmimi salamlarını və təbrikini tədbir iştirakçılarına çatdırdı, onlara uğurlar arzuladı. <> Tədbirdə çıxış edən İdarə Heyətinin Aparat rəhbəri Ramiz Əliyev, üzvü Güloğlan Xudiyev, Millətlərarası Münasibətlər üzrə sədrin köməkçisi Adil Kərimov və Humanitar məsələlər üzrə sədrin köməkçisi Murad Seyidov xüsusi olaraq vurğuladılar ki, Azərbaycan Ağsaqqallar Şurası 1989-cu ildə təsis olunsa da cari ilə qədər nəzərə çarpacaq fəaliyyət göstərə bilməmişdir. Lakin son dövrlərdə, daha doğrusu Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı və Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin rəhbərliyi dövründə Ağsaqqallar Şüalarının fəaliyyəti və nüfuzu nəzərə çarpacaq dərəcədə hörmət və izzət qazanmışdır. <> Sonra Muradallı kəndində yerli Ağsaqqallar Şurasının təsis olunması üçün açıq səsvermə yolu ilə 9 nəfər idarə heyətinə üzvü, sədr və 3 müavinlər seçildi. Açıq səsvermə yolu ilə Fərhad Cəfərov, Maarif Quliyev, Əyyub Quliyev, Mahmud Hətəmov, Qulaməli Məmmədov, Tapdıqəli Hüseynov, Valeh Quliyev, Vidadi İbadov və İsrafil Quliyev üzvü, Fərhad Cəfərov sədr, Maarif Quliyev, Əyyub Quliyev və Hətəmov Mahmud sədrin müavinləri seçildilər. <> Bununla da tədbir sona çatdı.