04-11-2024
<> Görüşdə İmişli rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Famil İmanov, Humanitar məsələlər üzrə sədrin köməkçisi Murad Seyidov və Kürdmahmudlu kənd Ağsaqqalları iştirak edirdi. <> Tədbirdə çıxış edən Humanitar məsələlər üzrə sədrin köməkçisi Murad Seyidov İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun və Azərbaycan Ağsaqqallar Şurasının sədri, "Azərittifaq"ın sədri, Milli Məclisin deputatı və Milli Məclisin Hesablama Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, İqtisad elmlər doktoru, professor Eldar Quliyevin salamlarını çatdıraraq onlara uğurlar arzuladı. Çıxışına davam edən Humanitar məsələlər üzrə sədrin köməkçisi Murad Seyidov Ağsaqqallar Şurasının Qeyri Hökumət Təşkilatı olduğunu, amma hər zaman Dövlətin və Hökumətin, xüsusilə də hörmətli Ali Baş Komandan və Prezident cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiyini vurğuladı. <> Açıq səsvermə ilə 5 nəfərdən ibarət idarə heyəti seçildi. sonra isə eyni qayda ilə onların sırasından bir nəfər sədr, 2 nəfər sədrin müavini seçildi. Dayandur Abbasov, Sabir Hüseynov, Xudan Həsənov, Mərifət Həziyev və Vüqar Əliyev Kürdmahmudlu kənd Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Dayandur Abbasov sədr, Sabir Hüseynov ilə Mərifət Həziyev sədrin müavini seçildilər. İmişli rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Famil İmanov tədbirdə çıxış etdi və Ağsaqqallar Şurasının nizamnaməsi və əsasnaməsi haqqında məlumat verdi. Gənclərimizin hərbi - vətənpərvərlik ruhunda yetişdirilməsi, milli - mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə ötürülməsi üçün qarşıda duran vəzifələrdən, dövlətə, millətə, təbiətə məhəbbətin aşılanması üçün Ağsaqqallar Şurasının qarşısında duran vəzifələri haqqında maarifləndirmə yönümlü söhbətlər apardı. Yeni təsis olunmuş Kürdmahmudlu kənd Ağsaqqal Şurasına uğurlar arzuladılar.