İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi İmişli şəhər Melarator yaşayış məntəqəsinin ağsaqqalları ilə görüş keçirdi.

12-05-2024

Xəbər Şəkli

<> Görüşdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin birinci müavini Vahid Tağıyev, aparat rəhbəri Murad Seyidov, millətlərarası münasibətlər üzrə sədrin köməkçisi Adil Kərimov və rayonun Melarator yaşayış məntəqəsinin ağsaqqalları iştirak etdi. <> İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov ilk öncə ağsaqqalları salamladı. Sonra Ulu Öndər Heydər Əliyevin, Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin və dünyasını dəyişən ağsaqqalların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. <> Saleh Səmədov ölkəmizdə möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan davamlı və dayanıqlı sosial-iqtisadi, siyasi kursdan ətraflı çöhbət açdı. Azərbaycanda daxili siyasi sabitliyə nail olunması, ölkəmizin regionun lider dövlətinə çevrilməsi və dünya ölkələri arasında böyük nüfuz sahibi olduğunu qeyd etdi. Qarşıdakı dövrdə ağsaqqalların üzərinə düşən vəzifələri görüş iştirakçılarının diqqətinə çatdırdı. <> Görüşdə digər çıxış edənlər Azərbaycanda ağsaqqallıq missiyasının milli, mənəvi dəyərlərimizin əsas amillərindən biri olduğunu faktlar əsasında qeyd etdilər. İmişli rayon Ağsaqqallar Şurasının səmərəli fəaliyyətindən danışıldı. Respublikada və rayonda Ağsaqqallar şurasının Prezidentimizin siyasətini dəstəkləməklə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə böyük töhfələr vermək əzmində olduğunu bildirdilər. Xüsusilə yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maarifləndirilməsində ağsaqqaların üzərlərinə böyük vəzifələr düşdüyünü qeyd etdilər. <> Əsasnaməyə uyğun olaraq Melarator ağsaqqalları arasından səsvermə yolu ilə idarə heyyətinin üzvləri, sədr və sədr müavinləri seçildi. <> Belələ ki, açıq səsvermə yolu ilə: Rəhimov Rəhim, Hüseynov Hüseyn, Feyzullayeva Şamama ,Məmmədova Zəminə, Muradov Zabil, Hacıyev Şəmsəddin, İbadov Şahin, Əsgərov Səttar, Hacıyev Əlövsət, Vəliyev Əli, Quliyev Haqverdi, Əmirov, Qəhrəman, İbrahimov Dilavər idarə heyyətinin üzvləri seçildi. Onların arasından Rəhim Rəhimov - sədr, Hüseynov Hüseyn - müavin, Feyzullayeva Şamama - müavin, Məmmədova Zəminə - müavin seçildi. <> Bununla da İmişli şəhər Melarator yaşayış məntəqəsi üzrə təşkilat təsis olundu və onlara uğurlar arzulandı!