İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli Rayon Ağsaqqallar Şurasının rəhbərliyi İmişli rayon Məhəmmədli kənd ağsaqqalları ilə görüş keçirdi.

06-12-2024

Xəbər Şəkli

<> Görüşdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin birinci müavini Vahid Tağıyev, aparat rəhbəri Murad Seyidov, millətlərarası münasibətlər üzrə sədrin köməkçisi Adil Kərimov və rayonun Məhəmmədli kənd ağsaqqalları iştirak edirdi. <> İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun təklifi ilə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Saleh Səmədov çıxış edərək respublikamızda, o cümlədən rayonumuzda Ağsaqqallar Şurasının fəaliyyəti haqqında ətraflı məlumat verdi. Azərbaycanda ağsaqqallıq missiyasının mill-mənəvi dəyərlərimizin əsas amillərindən biri kimi qorunduğunu, onun cəmiyyətdaxili sabitliyin qorunmasında rolunu və əhəmiyyətini qeyd etdi. Bu yolda ağsaqqallara uğurlar arzuladı. <> Sonra görüşdə digər çıxış edənlər ölkəmizdə möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan davamlı qiruçuluq işlərindən, sosial-iqtisadi inkişafdan ətraflı danışdılar. Qarşıdakı dövrdə ağsaqqalların üzərinə düşən vəzifələri görüş iştirakçılarının diqqətinə çatdırıldı. Gənc nəslin milli-mənəvi dəyərlərə və adət-ənənələrimizə hörmət hisləri ilə tərbiyə edilməsində ağsaqqalların üzərinə düşən vəzifələrdən danışdılar. <> Tədbirdə əsasnaməyə uyğun olaraq Məhəmmədli kənd ağsaqqalları arasından səsvermə yolu ilə aşağıdakı tərkibdə idarə heyətinin üzvləri, sədr və sədr müavinləri seçildilər. <> Açıq səsvermə yolu ilə: Ataşov Sarvan, Ağalarov Səhladar, Ataşov Nurəddin, Atayev Nazim, Şirinov Nizami, Mehdiyev Azər, İbadov Rasim, Xəmmədov Qəzənfər, Şirinov Vahid idarə heyətinin üzvləri seçildilər. Onların arasından Ataşov Sarvan - sədr, Ağalarov Səhladar - müavin, Ataşov Nurəddin - müavin seçildilər. <> Beləliklə İmişli rayon Məhəmmədli kəndi Axsaqqallar Şurası təşkil olundu və onlara uğurlar arzulandı!