İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi İmişli rayon Gigiyena və Epidemiologiya Mərkəzinin ağsaqqalları ilə görüş keçirdi.

28-11-2024

Xəbər Şəkli

<> Görüşdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, Aparat rəhbəri Murad Seyidov, millətlərarası məsələlər üzrə sədrin köməkçisi Adil Kərimov, İdarə heyətinin üzvü Famil İmanov və Gigiyena və Epidemiologiya Mərkəzinin ağsaqqalları iştirak edirdi. <> Görüşü giriş sözü ilə açan Murad Seyidov ilk növbədə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda əbədiyyətə qovuşan şəhidlərimizin və ağsaqqallarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. <> Çıxışına davam edən Murad Seyidov tədbir iştirakçılarına Ağsaqqallar Şurasının məqsədi, məramı və əsasnaməsi haqqında məlumat verdi. O, bildirdi ki, Azərbaycan Ağsaqqallar Şurası 1989- cu idə təsis edilib. Həmin dövrdən bu vaxtacan İmişli rayon Ağsaqqallar Şurasının 177 nəfər üzvü olmuşdur. Cari ilin aprel ayından, daha doğrusu Saleh Səmədovun İmişli rayon Ağsaqqallar Şurasına rəhbərlik etdiyi dövrdən bu vaxta kimi üzvlərin sayı 1.700 nəfəri keçib. Bu tendensiya davam etdirilir. <> Çıxışının sonunda Murad Seyidov təşkilatı məsələlər barədə ətraflı məlumat verərək bildirdi ki, bu gün sizin təşkilatın üzvləri sırasından açıq səsvermə yolu və 7 nəfər idarə heyətinə üzv seçilməlidir. Sonra isə 7 nəfər idarə heyətinin üzvləri sırasından bir nəfər sədr və iki nəfər sədr müavini seçilməlidir. <> Açıq səsvermə zamanı Aslanov Məhəmməd, Qasımov Abbas, Dəmirov Elşən, Sarıyev Ağasəf, Xəlilov Təhmasib, Fətullayev Nadir, Şirinov Elbrus idarə heyətinin üzvü və üzvlərin sırasından Aslanov Məhəmməd - sədr, Qasımov Abbas ilə Dəmirov Elşən isə sədr müavini seçildilər. <> Sonra Millətlərarası məsələlər üzrə sədrin köməkçisi Adil Kərimov çıxış edərək yenicə uğurla başa çatan COP 29 haqqında maraqlı məlumatlar verdi. O, 200 - ə yaxın dövlət rəhbərinin Azərbaycana verdiyi yüksək qiymətlə yanaşı Amerika və bəzi Avropa ölkələrinin ikiüzlü siyasətinə də münasibət bildirdi. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti üzdən iraqların iyrənc niyyətlərini gorbagor etdi. <> İdarə heyətinin üzvü Famil İmanov da öz növbəsində ağsaqqallar və onların nüfuzu haqqında danışdı və onların üzərinə çox böyük məsuliyyət düşdüyünü xüsusi vurğuladı. <> Sonra yeni seçilmiş sədr Aslanov Məhəmməd ona göstərilən etimada görə öz minnətdarlığını bildirdi və üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə borclu olduqlarını bildirdi. <> Sonda İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov çıxış edərək, bildirdi ki, bu gün Azərbaycan hərtərəfli inkişaf edir. Müzəffər Ali Baş komandan, möhtərəm prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ordusu və xalqı dəmir yumruq ətrafında sıx birləşərək dünyanı heyrətə salan analoqu olmayan qəhrəmanlıqlar göstərdi, 30 illik işğala 44 günlük Vətən müharibəsində son qoydu və ZƏFƏR çaldı. Bu qələbənin qazanılmasında Ağsaqqalların rolu danılmazdır. <> Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı və Hesablama Komissiyasının sədri, Azərbaycan Koperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin yaxından dəstəyi ilə İmişli Rayon Ağsaqqallar Şurası olaraq biz də öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə borcluyuq. Çünki həqiqi Ağsaqqallar hər kəsə nümunə olmalıdır. Amma Ağsaqqallara ən yüksək qiyməti Ümummilli lider Heydər Əliyev verərək demişdir: "Ağsaqqallar milli - mənəvi dəyərlərimizin qızıl fondudur!" Bundan yüksək qiymət ola bilməz. <> Daha sonra Saleh Səmədov GEM ağsaqqallar şurasının yeni seçilmiş üzvlərini təbrik etdi və işlərində uğurlar arzuladı. Bununla da İmişli rayon Ağsaqqallar Şurasının nəzdində Gigiyena və Epidemiologiya Mərkəzinin Ağsaqqallar Şurası təşkilatı təsis edildi.