13-03-2025
<> Bu gün İmişli rayon Ağsaqqallar şurasınin sədri Saleh Səmədov şuranın rəhbər heyəti ilə birgə yaxın günlərdə qaz sızması nəticəsində bir ailədən 3 nəfərin faciəli surətdə həyatını itirməsi hadisəsi ilə əlaqədər İmişli rayonunun Qaragüvəndikli kəndində həmin ailyə baş çəkmişdir. <> Bir neçə gün öncə baş verən bu hadisə zamanı ana Azadova Mehriban, övladları Azadov Məhəmməd Vasif oğlu və Azadova Fatimə Vasif qızı - bir ailənin üç üzvü yaşadıqları evdə dəm qazından boğularaq dünyasını dəyişmişlər. Hadisə nəticəsində ailə başçısı Vasif Azadov isə hazırda ağır vəziyyətdə xəstəxanada müalicə alır. <> İmişli Rayon Ağsaqqallar Şurası kənd ağsaqqallar şurasının üzvləri ilə birlikdə faciə qurbanlarının yaxınlarına mənəvi və maddi yardım göstərmişlər. <> Allah rəhmət eləsin!