İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Hacırüstəmli kənd ağsaqqalları ilə görüş keçirdi.

06-11-2024

Xəbər Şəkli

<> Görüşdə İmişli rayon Ağsaqqallar Şurasının Aparat rəhbəri Murad Seyidov və İdarə Heyətinin üzvü Famil İmanov iştirak edirdi. <> Görüşü açıq elan edən Aparat rəhbəri Murad Seyidov İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun və İdarə Heyətinin üzvləri adından salamlayaraq onlara uğurlar arzuladı. Çıxışı zamanı Murad Seyidov Ağsaqqallar Şurasının məqsədi və vəzifələri haqqında məlumat verdi. O, Şuranın nizamnaməsi və əsasnaməsinin müvafiq maddələrinə aydınlıq gətirdi. Son aylarda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı və Hesablama Komissiyasının sədri, "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin rəhbərliyi yaxından hərtərəfli dəstəyi ilə xeyli təqdirə layiq işlər həyata keçirilmişdir. <> Sonra İdarə Heyətinin üzvü Famil İmanov izahat verdi ki, Hacırüstəmli kəndində Ağsaqqallar Şurasının yerli ərazi təşkilatını yaratmaq üçün açıq səsvermə ilə əvvəlcə İdarə Heyətinə 7 nəfər üzv seçiləcək və seçilmiş üzvlər sırasından bir nəfər sədr və 2 nəfər sədr müavini seçilməlidir. Famil İmanov ağsaqqallara uğurlar arzulayaraq çıxışına yekun vurdu. <> Açıq səsvermə zamanı 7 nəfər; Dərgah Mehdiyev, İltifat İmanov, Zülfəli Nəsirov, Azər İbrahimov, Rasət Nəsirov, Əli Şıxəliyev, Əlimərdan Dadaşov İdarə Heyətinin üzvü və onların sırasından İltifat İmanov idarə Heyətinin sədri, Dərgah Mehdiyev və Əlimərdan Dadaşov sədrin müavini seçildi. Hacırüstəmli kənd Ağsaqqalları Şurasının ərazi təşkilatı təsis olundu. <> Bununla da tədbir başa çatdı.