İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Hacalmuradlı kənd Ağsaqqalları ilə tədbir keçirdi.

25-10-2024

Xəbər Şəkli

<> İmişli rayon Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramiz Əliyev, İdarə Heyətinin üzvü Famil İmanov, sədrin köməkçisi Murad Seyidov və Hacalmuradlı kənd Ağsaqqalları iştirak edirdi. <> İmişli rayon Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramiz Əliyev iclası açaraq ilk öncə üzürlü səbəbdən tədbirdə iştirak edə bilməyən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun və Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, "Azərittifaq"ın sədri, Milli Məclisin üzvü və Milli Məclisin Hesablama Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, İqtisad elmlər doktoru, professor Eldar Quliyevin adından salamlayaraq işlərində uğurlar dilədi. Aparat rəhbəri Ramiz Əliyev tədbir iştirakçılarına Ağsaqqallar Şurasının məqsədi, məramları, eləcə də onun nizamnaməsi və əsasnaməsi haqqında məlumat verdi. <> Açıq səsvermə yolu ilə 9 nəfərdən ibarət idarə heyəti seçildi. Səs vermə yolu ilə Əşrəf Həsənov, Alim Qəhrəmanov, Vaqif Məhərrəmov, Camal İbayev, Əzizulla Surxayev, Cavanşir Abbasov, Vahid Tarverdiyev, Məhərrəm Məmmədov və Təbriz Həsənov üzv, Cavanşir Abbasov sədr, Əşrəf Həsənov və Vaqif Məhərrəmov sədrin müavinləri seçildilər. <> Beləliklə Hacalmuradlı Ağsaqqallar Şurasının yerli təşkilatı təsis edildi və bununlada tədbir yekunlaşdı.