18-11-2024
<> Görüşdə İmişli Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev, şuranın Aparat rəhbəri Murad Seyidov, İdarə heyətinin üzvü Famil İmanov və Cəfərli kənd ağsaqqalları iştirak edib. <> Görüşü giriş sözü ilə açan Vahid Tağıyevin təklifi ilə ilk öncə Vətən uğrunda şəhid olanların və dünyasını dəyişmiş ağsaqqalların xatirəsin bir dəqiqəlik sükutla yad edldi. <> Sonra V. Tağıyev İmişli rayon Ağsaqqallar Şurasının sədri hörmətli Saleh Səmədovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Rayon Ağsaqqallar Şurasının səmərəli, uğurlu fəaliyyətindən danışdı. Respublikada və rayonda Ağsaqqallar şurasının Prezidentimizin siyasətini dəstəkləməklə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə böyük töhfələr vermək əzmində olduğunu bildirdi. Xüsusilə yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maarifləndirilməsində ağsaqqaların üzərlərinə böyük vəzifələr düşdüyünü bildirdi. Ağsaqqallara uğurlar arzuladı. <> Görüşdə çıxış edən Famil İmanov tarixən həyatımızda ağsaqqalların böyük rolundan və nüfuzundan danışdı. Rayonumuzda həmişə hörmətli ağsaqqalların olmasını, onlara cəmiyyətin ehtiramla yanaşmasını xatırırlatdı. Hazırda ağsaqqalların üzərinə daha böyük məsuliyyət düşməsini bir daha qeyd etdi. Cəfərli kəndində ağsaqqalların uğurlu fəaliyyətinə inamını ifadə etdi. <> Murad Seyidov çıxış edərək mövcud əsasnamənin müxtəlif maddələrini diqqətə çatdırdı. Qaydalara uyğun olaraq Cəfərli kənd ağsaqqalları arasından səsvermə yolu ilə 9 nəfər idarə heyəti üzvünün, sədr və sədr müavinlərinin seçilməli olduğunu bildirdi. Və bəri başdan seçiləcək şəxslərə uğurlar arzuladı. <> Beləliklə açıq səsvermə yolu ilə 9 nəfər ibarət Rasif Quliyev, Məhəmməd Quliyev, İsaq Rəhimov, Əlmirzə Şirinov, Mehman Qasımov, Zakir Mustafayev, Xasay Əmirov, Məhəmməd Həbibov və Niyaz Əliyev idarə heyətinin üzvü seçildi. Onların sırasından isə - Rasif Quliyev sədr, Məhəmməd Quliyev və İsaq Rəhimov sədrin müavinləri seçildi. <> Bununla da Cəfərli kənd ərazi təşkilatı təsis olundu. <> Ağsaqqallara uğurlar arzulayırıq!