İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli Rayon Ağsaqqallar Şurasının rayon əhalisinə bayram töhfəsi

03-03-2025

Xəbər Şəkli

<> İmişli Rayon Ağsaqqallar Şurası bütün bayramlar ərəfəsində müxtəlif tədbirlər həyata keçirir. Zəruri ehtiyacı olan insanlara maddi və mənəvi dəstək göstərilir. Bir neçə ay öncə yeni il ərəfəsində bunun şahidi olduq. Belə tədbirlər silsiləsində məqsəd rayon sakinlərinin bayrm əhval- ruhiyyəsini yüksəltmək, zövqünü oxşayaraq dincəlməsi və məmnun qalmasıdır. Bunun üçün müxtəlif bayramların simvollarına uyğun, maraqlı tərtibat işləri də aparılır. <> Bildiyimiz kimi qarşıdan Novruz Bayramı gəlir. Təsədüfü deyil ki, bu bayram, həm də Bahar Bayramı adlanır. Təbiət qış yuxusundan oyanır, yaşıl çəmənlər, çiçəkləyən ağaclar göz oxşayır. Ailələrdə bayrama müxtəlif hazırlıq işləri başlayır, hər evdə səməni cücərdilir, müxtəlif tədarüklər görülür və s. <> Hazırda İmişli rayonunun mərkəzində “KRAL SARAY” ın qarşısında Novruz Bayramının müjdəsi olan səmənili xonça, xüsusilə uşaqların sevimlisi olan Keçəl və Kosanın simvolu olan tərtibat çox zövqlə hazırlanmışdır. <> İmişli rayon Ağsaqqallar Şurasının sədri, hörmətli Saleh Səmədovun təşəbbüsü ilə həyata keçirilən bu kimi təşkilati işlər rayon camaatına bir bayram töhfəsidir. Hər bir rayon sakini boş vaxtlarında övladları ilə birgə burada əylənə, istirahət edə və bu günlərdən yadigar fotolar çəkdirə bilər. <> Qarşıdan gələn Novruz Bayramı günlərində hamıya xoş əhval- ruhiyyə, bayram ovqatı arzulayırıq!