19-12-2024
<> Görüşdə İmişli rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev, aparat rəhbəri Murad Seyidov, İdarə heyətinin üzvləri Famil İmanov, Güloğlan Xuduyev və Qaraqaşlı kənd ağsaqqalları iştirak edirdi. <> Vahid Tağıyev İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun salamlarını tədbir iştirakçırarına çatdırdı. O, çıxışa başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin və dünyasını dəyişən ağsaqqalların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. <> Sonra ölkəmizdə möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan davamlı və dayanıqlı sosial-iqtisadi, siyasi kursdan danışdı. Azərbaycanın daxilində siyasi sabitliyə nail olunması, regionun lider dövlətinə çevrilməsi və dünya ölkələri sırasında böyük nüfuz sahib olmasını qeyd etdi. İmişli rayon Ağsaqqallar Şurasının səmərəli fəaliyyətindən danışdı. Qarşıdakı dövrdə ağsaqqalların üzərinə düşən vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırdı. <> Görüşdə digər çıxış edənlər Azərbaycanda ağsaqqallıq missiyasının milli, mənəvi dəyərlərimizin əsas amillərindən biri olduğunu faktlar əsasında qeyd etdilər. Respublikada və rayonda Ağsaqqallar şurasının Prezidentimizin siyasətini dəstəkləməklə Azərbaycanın inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə böyük töhfələr verməyə çalışıldığını bildirdilər. Xüsusilə, yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində ağsaqqaların üzərlərinə böyük məsuliyyət düşdüyü qeyd edildi. <> Əsasnaməyə uyğun olaraq Qaraqaşlı kənd ağsaqqalları arasından səsvermə yolu ilə idarə heyyətinin üzvləri, sədr və sədr müavinləri seçildi. <> Belələ ki, açıq səsvermə yolu ilə: Əzizov Zülfüqar, Zamanov Nəsrəddin, Əzizov Niyaz, Muradov Əlabbas, Əzizov İbrəhim, Şıxıyev Əflatun, Bayramov Bayram, Qəmbərov Suvarağa, Cavadov Ziyaləddin İdarə heyətinin üzvləri seçildi. Onların arasından Əzizov Zülfüqar - sədr, Zamanov Nəsrəddin və Əzizov Niyaz - müavin seçildilər. <> Beləliklə İmişli rayon Qaraqaşlı kənd axsaqqallar şurası təsis olundu. <> Tədbirin sonunda onlar təbrik edildi və fəaliyyətlərində uğurlar arzulandı!