İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurasının Qaravəlli kənd ərazi təşkilatının təsis iclası keçirildi

12-04-2025

Xəbər Şəkli

<> Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin birinci müavini Vahid Tağıyev, müavin Məmi Atakişiyev, aparat rəhbəri Murad Seyidov, sədrin milli münasibətlər üzrə köməkçisi Adil Kərimov, idarə heyətinin üzvü Famil İmanov və Qaravəlli kənd ağsaqqalları iştirak edirdi. <> İlk öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin və yaxın zamanlarda dünyasını dəyəşən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. <> Tədbirdə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov tədbir iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından salamladı. <> Saleh müəllim Azərbaycanda, o cümlədən İmişli rayonunda ağsaqqallar şurasının fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrdən ətraflı şəkildə məlumat verdi. Cəmiyyətimizdə ağsaqqalların daim artan nüfuzunu qeyd edərək bildirdi ki, ağsaqqallar şurası öz fəaliyyətində milli- mənəvi dəyrlərimizi həmişə üstün tutmaqla, dövlətimizə, dövlətçiliyə və möhtərəm prezidentimizə sədaqətlə xidmət etmək nümunəsi göstərir. Ağsaqqallar şurası Azərbaycan vətəndaşının yanında olan, onu müdafiə edən ictimai, siyasi proseslərdə öndə gedən bir təşkilatdir. Saleh müəllim bu şərəfli yolda bütün ağsaqqallara əzmkrarlıq və uğurlar arzuladı. <> Müzakirə olunan məsələ ətrafında çıxış edənlər: İmişli Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev, müavin Məmi Atakişiyev, sədrin milli münasibətlər üzrə köməkçisi Adil Kərimov, idarə heyətinin üzvü Famil İmanov və aparat rəhbəri Murad Seyidov Ağsaqqallar şurasının çoxşaxəli fəaliyyəti haqında fikirlərini tədbir iştirakçılarına çatdırdılar və Qaravəlli kənd ağsaqqallarına uğurlar arzuladılar. <> Tədbirdə mövcud əsasnaməyə uyğun olaraq təşkilati məsələyə baxıldı. Açıq səsvermə yolu ilə 7 nəfərdən ibarət Qarəvəlli kənd ərazi təşkilatının aşağıdakı tərkibə idarə heyyəti üzvləri seçildi: <> Tahir Quluyev, Adəm Əliyev, Yaqub Məhəmmədov, Ramiz Cahangirov, Nazim Zahidov, Səttar Əhmədov, Qənbər Babaşov. <> Yeni seçilən idarə heyəti üzvləri sırasından səs çoxluğu ilə Tahir Quluyev- sədr, Adəm Əliyev- müavin və Yaqub Məhəmmədov- müavin seçildilər. <> Yeni seçilən Qaravəlli kənd ağsaqqallar şurasının sədrinə və müavinlərə Azərbaycan Ağsaqqallar Şurasının xüsusi döş nişanları təqdim olundu. Qaravəlli kənd ağsaqqallar şurasının üzvləri təbrik edilərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulandı. <> Tədbirin sonunda xatirə fotoları çəkildi.