İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurasının nümayəndələri Qızılkənd kənd ağsaqqalları ilə görüş keçirib.

13-11-2024

Xəbər Şəkli

<> Görüşdə İmişli rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Famil İmanov və Şuranın Aparat rəhbəri Murad Seyidov iştirak edib. <> Tədbiri giriş sözü ilə açan Famil İmanov ilk öncə kənd ağsaqqallarına İmişli rayon Ağsaqqallar Şurasının sədri, hörmətli Saleh Səmədovun salamlarını çatdırıb və onlara işlərində uğurlar arzulayıb. <> Sonra Respublikada və rayonumuzda Ağsaqqallar Şurasının fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və qarşıda duran vəzifələrdən danışıb. <> Tədbirdə Aparat rəhbəri Murad Seyidov çıxış edərək rayonumuzda Ağsaqqallar Şurasının müvafiq əsasnaməyə uyğun olaraq sürətlə təşkilatlanması barədə məlumat verib. <> Qızılkənddə şuraya üzv olmaq üçün ərizə verənlərin sayına müvafiq olaraq İdarə heyətinə 11 nəfər üzvün, eləcə də Şuraya sədr və müavinlərin seçilməsi qaydalarını tədbir iştirakçəkarına izah edib. <> Beləliklə, tədbirdə açıq səsvermə zamanı səs çoxluğu ilə 11 nəfərdən ibarət olmaqla - Əliyev Əfqan, Məmmədov Nəsrəddin, Hüseynov Əzizxan, Əliyev Qalıb, Hüseynov Heydər, Həsənov Rəfail, Salahov Asif, Nuriyev Qabil, Hüseynov Kərəm, Əliyev Cahid, Ağammədov Namazəli şuranın idarə heyətinin üzvü, Əliyev Cahid Şuranın sədri seçiib. Məmmədov Nəsrəddin, Həsənov Rəfail və Nuriyev Qabil isə sədr müavini seçiliblər. <> Bununla da Qızılkənd kənd Ağsaqqalları Şurası təsis olunub. <> Bir daha ağsaqqallara uğurlar arzulayırıq!