İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurasının nümayəndələri Murğuzallı kənd ağsaqqalları ilə görüş keçirilib

14-11-2024

Xəbər Şəkli

<> Görüşdə İmişli rayon Ağsaqqallar Şurasının Aparat rəhbəri Murad Seyidov və İdarə Heyətinin üzvü Famil İmanov iştirak edib. <> Aparat rəhbəri Murad Seyidov İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun və İdarə Heyətinin üzvləri adından tədbir iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. <> Çıxışı zamanı Murad Seyidov Ağsaqqallar Şurasının gördüyü işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. O, Şuranın nizamnaməsi və əsasnaməsinin müvafiq maddələrinə aydınlıq gətirdi. <> Sonra İdarə Heyətinin üzvü Famil İmanov milli-mənəvi dəyərlərimizin əsas göstəricilərindən biri kimi ağsaqqalların üzərinə düşən vəzifələrdə danışıb. Murğuzallı kəndində Ağsaqqallar Şurasının yerli ərazi təşkilatını təşkil etmək üçün əsasnamənin tələblərini tədbir iştirakçılarına xatırladıb. Famil İmanov ağsaqqallara uğurlar arzulayıb. <> Açıq səsvermə yolu ilə 9 nəfərdən ibarət – İlham Mustafayev, Əhmədağa Əhmədov, İnqilab Əlişov, Möhtəbər Quliyev, Yaşar Şahpələngov, Şahin Qəhrəmanov, Qüdrət Əliyev, Cahangir Əzizov və Mehdi Hümbətov idarə Heyətinin üzvü və onların sırasından İlham Mustafayev – sədr, Əhmədağa Əhmədov, İnqilab Əlişov və Yaşar Şahpələngov sədrin müavini seçilib. <> Bununla da Murğuzallı kənd Ağsaqqalları Şurasının ərazi təşkilatı rəsmi olaraq təsis olunub. <> Ağsaqqallara uğurlar arzulayırıq!