20-03-2025
<> Əziz həmvətənlər! <> Sizi, İmişli Rayon Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, bol ruzi-bərəkət, ailə səadəti, cansağlığı və uğurlar arzulayıram! <> Qədim tarixə malik Novruz bayramı milli adət- ənənələrimizin ayrılmaz tərkib hissəsi kimi ənənəvi dəyərlərimizin formalaşmasında xüsusi rola malik olmuşdur. Bu bayram həmrəylik ruhunun, birliyin, saf və xeyirxah niyyətin ifadəsi kimi xalqımız tərəfindən həmişə böyük sevinclə, şadlıqla qeyd olunur. <> Xalqımızı azərbaycançılıq amalı ilə daha da sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi daim möhkəmləndirir. 44 günlük Vətən müharibəsində tarixi qələbəmiz bayramlarımızı ürəkdən gələn böyük fərəhlə keçirməyimizə səbəb olmuşdur. Bayram əhval- ruhiyyəsi işğaldan azad olunmuş torpaqlarımızda yaşayan soydaşlarımız tərəfindən qeyd olunması dövlətimizin gücünün və qüdrətinin təntənəsidir! <> Əziz həmvətənlər! <> Novruz bayramı ailələrə, hər evə, hər ocağa firavanlıq, xoşbəxtlik və uğur gətirsin! <> Dərin hörmətlə, <> İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov