19-09-2024
<> İmişli rayon Ağsaqqallar Şurasının idarə heyətinin 19 sentyabr 2024-cü il tarixdə Şuranın qərargahında iclası keçirilib. <> Gündəlikdə duran məsələlər. <> 1.Ağsaqqallar Şurasının sıralarına qəbul. <> 2.İmişli rayon Ağsaqqallar Şurasının son idarə heyəti iclasından keçən müddətdə həyata keçirdiyi tədbirlər barədə məlumat <> 3.“Şərəf” və “Şöhrət” ordeni laureatı, Azərbaycan Respublikasının Prezident Təqaüdçüsü, dünya şöhrətli müğənni, bəstəkar Niyaməddin Musayevin adının sağlığında əbədiləşdirilməsi barədə <> Gündəlikdə duran məsələlər barədə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov məlumat verdi. O, bildirdi ki, İmişli rayon Ağsaqqallar Şurasının son iclası 08 avqust 2024-cü il tarixdə keçirilmişdir. Həmin vaxtdan keçən dövrdə şura bir sıra əhəmiyyətli işlər həyata keçirmişdir. Keçən idarə heyətində təsdiq olunmuş 6 aylıq iş planı çərçivəsində əsasnaməyə uyğun olaraq Ağsaqqallar Şurasının sıralarının genişləndirilməsi, yeni ərazi təşkilatlarının yaradılması əsas diqqət mərkəzində olan məsələ olmuşdur. Nəzərdən keçirdiyimiz müddətdə rayon Ağsaqqallar Şurasının sayı 600-ü keçmiş onlardan 430 nəfəri yeni üzvlər olaraq şəxsi əraziləri əsasında sıralarımıza daxil olmuşlar. İki yeni 22 nəfər üzvü olan Mərkəzi-Muğan Kollektorlar idarəsi və 19 nəfər üzvü olan Suvarma sistemləri idarəsi ərazi təşkilatları yaradılmışdır. Ərazi təşkilatlarının yaradılması və yeni üzvlərin qəbul edilməsi bundan sonra da gündəmimizdə dayanan əsas məsələdir. Bəhrəmtəpə qəsəbə Ağsaqqallar Şurasının sıraları daha da genişləndirilərək seçki aparılmış yeni idarə heyəti və sədr seçilmişdir. Yeni dərs ilinin başlanması ilə əlaqədar 15 sentyabr bilik günü münasibəti ilə idarə heyətinin üzvləri və kənd ərazi təşkilatlarının nümayəndələri 16 sentyabr 2024-cü il tarixdə məktəblərdə olmuş açılış tədbirlərində yaxından iştirak etmişlər. Məktəblərdə keçirilən bu tədbirlərə aid çoxlu foto şəkillər qərargahımıza daxil olmuş və onlar Ağsaqqallar Şurasının saytında yerləşdirilmişdir. Humanitar sahədə də bir sıra işlər həyata keçirilmiş, o cümlədən Murğuzallı kəndində ehtiyacı olan bir ailənin 4 övladına məktəbli geyimi alinaraq təhvil verilmişdir. <> Saleh Səmədov Bakı şəhərində yaşayan rayonumuzun bir qrup tanınmış ziyalısının ona məktubla müraciət edərək İmişli rayonunun yetirməsi olan “Şərəf” və “Şöhrət” ordeni laureatı, Azərbaycan Respublikasının Prezident Təqaüdçüsü, dünya şöhrətli müğənni, bəstəkar Niyaməddin Musayevin adının sağlığında əbədiləşdirilməsi təklifini irəli sürmüşlər. Bu məsələnin müzakirəsini idarə heyətinin ixtiyarına verirəm. Hər bir idarə heyəti üzvünün bu məsələyə öz münasibətini bildirməsini təklif edirəm. <> Şuranın sədri qeyd etdi ki, bu ilin okytabr ayının sonunda axırıncı konfransdan alti aylıq bir müddət keçəcəkdir. Ona görə də rayon ağsaqqallar şurasının yeni konfransın keçirilməsi məqsədə müvafiqdir. <> Çıxışlar: <> İdarə heyətinin üzvləri Səlim Məhərrəmov, Davud Zülfüqarov, Suvarağa Mirzəyev, Güloğlan Xudiyev, Məhərrəm Əliyev, Hüseyn Hüseynov, sədr köməkçisi Ramiz Əliyev idarə heyətinin iclasına dəvət olunmuş Adil Kərimov, Murad Seyidov öz çıxışlarında müzakirə edilən məsələlərin əhəmiyyətini qeyd edərək şuranın gələcək fəaliyəti üçün əsas kimi qəbul olunmasını məsləhət gördülər. Məhşur müğənni Niyaməddin Musayevin sağlığında adının əbədiləşdirilməsini müsbət bir hal olduğunu bildirərək bu barədə rayon İcra Hakimiyyəti orqanı qarşısında məsələ qaldırılmasını məqsədə uyğun hesab etdilər. <> Şuranın idarə heyəti məsələlər barədə şuranın sədri Saleh Səmədovun məlumatını və idarə heyətinin iclasındakı çıxışları nəzərə alaraq qərara alır: <> 1.Ağsaqqallar Şurasının üzvlüyünə qəbul olunmaq üçün müraciət edən 430 nəfər ağsaqqalın üzvülüyü təsdiq olunsun. <> 2.Şuranın rəhbərliyinin idarə heyətinin avqust ayında olmuş iclasından keçən dövrdə həyata keçirdiyi tədbirlər təsdiq edilsin. Bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsi məqsədə müvafiq hesab edilsin. <> 3.“Şərəf” və “Şöhrət” ordeni laureatı, Azərbaycan Respublikasının Prezident Təqaüdçüsü, dünya şöhrətli müğənni, bəstəkar Niyaməddin Musayevin adının sağlığında əbədiləşdirilməsi barədə məsələ rayonun İcra Hakimiyyəti orqanı qarşısında qaldırılsın. <> 4.İmişli rayon Ağsaqqallar Şurasının növbəti konfransı 2024-cü ilin oktyabr ayının axırıncı on günlüyündə keçirilsin.