07-03-2025
<> Əziz və hörmətli xanımlar! <> Sizi, İmişli Rayon Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayırıq! <> Nəcib, ləyaqətli Azərbaycan xanımı adını həmişə şərəflə uca tutan, mərhəmət, sədaqət, məhəbbət dolu fədakar insanlar! Doğma Azərbaycan adına nə qədər sevinc, qürur duyduğumuz uğurlar varsa ilk növbədə sizlərə borcluyuq! Milli, mənəvi dəyərlərimizin canlı daşıyıcısı, təbliğatçısı və yeni nəsili yetişdirən Sizlərsiniz! <> Azərbaycan qadınları mədəniyyət, elm, təhsil və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə ilk dəfə müsəlman Şərqində, habelə dünyada qadınlar arasında böyük uğurlu nəticələr qazanmışlar. <> Həmişə olduğu kimi, bu gün də milli dövlət quruculuğu prosesində yaxından iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə səmərəli fəaliyyət göstərir, sosial-iqtisadi və mədəni inkişafda mühüm nailiyyətlər əldə edirlər. <> Hazırda, müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımız ölkəmizin ictimai həyatında böyük nüfuza malikdirlər. <> Müxtəlif sahələrdə peşəsinin fədakarı olan hörmətli xanımlar! Sizin adınızla şərəflənən bu bayram günlərində arzu edirik ki, həmişə əhatənizdən layiq olduğunuz dəyəri, hörməti, sevgini görəsiniz! Hər zaman qəlbiniz, üzünüz gülsün! <> Əziz xanımlar! <> Bayramınız mübarək olsun! <> Saleh Səmədov <> İmişli Rayon Ağsaqqallar Şurasının sədri.