18-03-2025
<> Azərbaycan Ağsaqqallar Şurası xalqımıza xas olan xeyirxahlıq və humanizm prinsiplərinə uyğun nəcib əməllərini, xeyriyyə aksiyalarını davam etdirir. Növbəti dəfə mart ayının 17-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü və İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun dəstəyi və təşkilatçılığı ilə qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə rayonda aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları paylanıb. Xeyriyyə aksiyası İmişli rayonunda, ümumilikdə, 750 ailəni əhatə edib. <> Bayram sovqatları təqdim olunan rayon sakinləri hər zaman xalqımızın rifahını düşünən və bu sahədə böyük işlər həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər və Saleh Səmədovun dəstəyi ilə mütəmadi olaraq həyata keçirilən xeyriyyə aksiyalarını yüksək dəyərləndiriblər. İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov rayon sakinlərini qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ürəkdən təbrik edərək, onların hər birinə xoşbəxtlik, firavanlıq, bol ruzi-bərəkət, işlərində uğurlar arzulayıb və xeyriyyə aksiyalarının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.