12-11-2024
<> Tədbirdə İmişl rayon Ağsaqqallar Şurası sədrin birinci müavini Vahid Tağıyev, Aparat rəhbəri Murad Seyidov, rayon şurası İdarə heyətinin üzvü Famil İmanov və Aranlı kənd ağsaqqalları iştirak edirdi. <> Tədbir iştirakçıları ilk öncə kəndin mərkəzində şəhidlərimizin xatirəsinə ucaldılmış foto kompleksi ziyarət etdilər. <> Tədbiri giriş sözü ilə açan Vahid Tağıyev ağsaqqalları İmişli rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və şəxsən Şuranın sədri Saleh Səmədovun adından salamladı. Sonra Ağsaqqallar Şurasının fəaliyyəti, üzərinə düşən missiya haqqında ətraflı danışdı bə şuranın əsasnaməsinin müvafiq maddələri haqqında məlumat verdi. Həmçinin ağsaqqallara verilən dəyərdən söz açdı və Ulu Öndərin ağsaqqallara verdiyi ən yüksək qiyməti xatırlatdı: " Ağsaqqall milli -mənəvi dəyərlərimizin qızıl fondudur!" Bu gün Prezidentimiz cənab İlham Əliyevin Ulu Öndərin bu dəyərinin davamı olaraq ağsaqqallara həmişə böyük hörmət bəslədiyini faktlarla diqqətə çatdırdı. <> Sonra Famil İmanov son dövrlərdə, Saleh Səmədovun İmişli rayon Ağsaqqallar Şurasına rəhbərliyindən keçən 6 ay ərzində görülən işlərdən və ağsaqqalların rayonumuzdakı hörmətindən söz açdı. <> Aparat rəhbəri çıxışı zamanı xüsusi vurğuladı ki, bizim bu günkü tədbirimiz əlamətdar bir günə, COP 29 - la eyni bir günə təsadüf edir. Sonra o, vurğuladı ki, Aranlı kəndində Ağsaqqalları şurasının fəaliyyət itiqamətləri haqda danışdı. Bildirdi ki, bu gün əvvəlki tərkibi nəzərə almaqla Aranlıda ağsaqqallar şurası İdarə heyətinin tərkibi açıq səsvermə ilə seçilib təsdiq olunacaq. <> Beləliklə Aranlı kənd Ağsaqqallar Şurasının ərazi təşkilatının İdarə heyətinə 9 nəfər - Məhəmməd Bəylərov, Çingiz Əliyev, Adil İmanov, Adil Məlikov, Əlhümbət Alıkişiyev, Vidadi Teymurov, Şakir Hüseynov, Əliağa Abdullayev, Arastun Abdullayev, Səmiləli Vəliyev, Oqtay Quliyev üzv seçildi. İdarə heyətinin üzvləri sırasından Məhəmməd Bəylərov - sədr, Çingiz Əliyev və Səmiləli Vəliyev - sədr müavini seçildi. <> Bununla da Aranlı ərazi təşkilatı təsis olundu.