31-12-2024
<> İmişli Rayon Ağsaqqallar Şurası rayonda xeyriyyə aksiyası həyata keçirib. <> Belə ki, 2025- ci il Yeni il bayramı və Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində İmişli rayonunun şəhəri və kəndlərində zəruri ehtiyacı olan ailələr müəyyənləşdirilib. <> Belə insanların siyahısını obyektiv tərtibi etmək üçün rayon ağsaüqallar şurasının ərazi təşkilatları bu işə cəlb olunub. <> Eyni zamanda, siyahı tam tərtib edildikdən sonra onların işsiz olması məşğulluq idarəsi tərəfində də dəqiqləşdirilib. <> Beləliklə 30 dekabr 2025-ci il tarixində İmişli Rayon Axsaqqallar Şurasının qərargahı önündə 800 nəfərə qədər zəruri ehtiyacı olan rayon sakinlərinə yeni il sovqatı paylanılıb. <> İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədv aksiyadan öncə iştirakçılara müraciət edərək qarşıdan gələn bayramlar münasibəti ilə onları təbrik edib, sağlamlıq və uğurlar arzulayıb. Qeyd edək ki, Saleh müəllimin bu xeyirxah missiyası hər il olduğu kimi bu il də rayon sakınləri tərəfindən minnətdarlıqa qarşılanıb. <> Yeni ilimiz və həmrəyliyimiz mübarək! Qarşıdakı il xalqımız və dövlətimiz üçün uğurlu, düşərli olsun!