22-03-2025
<> Martın 20, 21- i tarixlərində, iki gün axşamlar, bir neçə saat davam edən tədbir rayon mərkəzində, möhtəşəm "Kral Saray"ın qarşısında keçirilib. İmişli Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə kəndlər də əhatə olumaqla rayon ağsaqqalları ilə bərabər rayon əhalisi maraqla iştirak edib. <> Qədim tarixə malik Novruz bayramı milli- mənəvi dəyərlərimizi, adət- ənənələrimizi özündə cəmləşdirir. Bu bayram həmrəylik ruhunun, birliyin, saf və xeyirxah niyyətin ifadəsi kimi xalqımız tərəfindən həmişə böyük sevinclə, şadlıqla qeyd olunur. <> Tədbirdə rəngarəng musiqilər səsləndirilib, rəqs qruplarının ifalarında göz oxşayan rəqslərə tamaşa edilib, gənc idmançıların güləşləri izlənilib, Novruzun əsas rəmzlərindən olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları iştirakçılarda xoş ovqat yaradıb, yumurta döyüşməsi olub, tədbir iştirakçıları olan dinləyici uşaqlar və ağsaqqallar rəqs edib, habelə gur bayram tonqalı qalanıb, atəşfəşanlığın al- əlvan rənglərlə göylərə yüksələn gözəl mənzərələri seyr edilib. <> Tədbirdə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov iştirakçıları, o cümlədən xalqımızı Novruz bayramı münasibətilə təbrik edib.Qeyd edib ki, xalqımızı azərbaycançılıq amalı ilə daha da sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi daim möhkəmləndirir. 44 günlük Vətən müharibəsində tarixi qələbəmiz bayramlarımızı ürəkdən gələn böyük fərəhlə keçirməyimizə səbəb olmuşdur. <> Saleh müəllim bayramın işğaldan azad olunmuş torpaqlarımızda yaşayan soydaşlarımız tərəfindən də qeyd olunmasını dövlətimizin gücünün və qüdrətinin təntənəsi olduğunu qeyd edərək Ali Baş Komandanımız olan Prezidentimizə dərin minnatdarlığını bildirib! <> Sonra Saleh müəllim Sərbəst güləş üzrə dəfələrə Azərbaycan cempionu, bir neçə dəfə beynəlxalq turnirlərin mükafatçısı və 3 qat Avropa mukafaçısı (2 burunc, 1 gümüş) olan Mustafazadə Sadiq Qalib oğluna ağsaqqallar şurası adından xalça- foto hədiyyə edib. <> Tədbirdə digər çıxış edənlər iştirakçılara bayram təbriklərini və xoş sözlərini çatdırmışdır. Sonda hər kəs bu tədbirdən ayrılanda sevincini, İmişli rayon Ağsaqqallar Şurasına razılığını və minnətdarlığını ifadə etmişdir.