01-02-2025
<> 01 fevral 2025-ci il tarixdə rayon şurasının qərargahında keçirilən görüşdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin birinci müavini Vahid Tağıyev, sədrin müavini Məmi Atakişiyev, Aparat rəhbəri Murad Seyidov, İmişli rayon Ağsaqqallar Şurasının orqanı “Xalq sözü” qəzetinin baş redaktoru Nizami Gülmalıyev, Milli-Münasibətlər üzrə sədrin köməkçisi Adil Kərimov, rayon şurasının idarə heyətinin üzvləri Məhərrəm Əliyev, Famil İmanov, Güloğlan Xudiyev və ərazi təşkilatlarının sədrləri iştirak edirdilər. <> Tədbir İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun təklifi ilə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş vətən oğlullarının və yaxın vaxtlarda dünyasını dəyişmiş ağsaqqalların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. <> Sonra Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının respublikamızda gedən ictimai-siyasi proseslərdə fəal iştirakını diqqətə çatdırdı. Habelə Respublika Ağsaqqallar Şurasının öncül dəstələrindən olan İmişli rayon təşkilatının bu proseslərdə yaxından iştirakını xüsusi qürur hissi bildirdi! İmişli rayon Ağsaqqallar Şurasının 01 2024-cü il tarixli konfransından keçən dövr ərzində təşkilatın nail olduğu diqqətə layiq uğurlardan və gələcək perspektivlərdən söz açdı. O, görüş iştirakçıları olan ağsaqqallara möhkəm can sağlığı arzu etdi, onların vətənimizin, xalqımızın və dövlətimizin tərəqqisi naminə bundan sonra da fədakarlıqla çalışacaqlarına ümidvar olduğunu bildirdi! <> Yüksək əhval- ruhiyyə ilə keçən tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının rəhbər heyətinin üzvlərinə və ərazi təşkilatının sədrlərinə təntənəli şəkildə Azərbaycan Ağsaqqallar Şurasının vəsiqələri təqdim edildi. <> Tədbirdə digər çıxış edənlər yekdilliklə dövlətimizin bütün sahələrdə qazandığı uğurlara sevindiklərini bildirərək, daim ağsaqqallıq missiyasını məsuliyyətlə yerinə yetirəcəklərini, Respublika Ağsaqqallar Şurasının apardığı işlərdə rayon təşkilatının üzvləri olaraq fəal iştirak edəcəklərini ifadə etdilər. <> Sonda tədbirin iştirakçıları ilə xatirə şəkilləri çəkildi.