İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurası Mədəniyyət sarayının ağsaqqalları ilə görüş keçirdi.

24-09-2024

Xəbər Şəkli

İmişli rayon Ağsaqqallar Şurası 24 sentyabr 2024-cü il tarixdə Mədəniyyət sarayının ağsaqqalları ilə tədbir keçirdi. <> Tədbirin gündəliyində duran məsələ: <> 1.Mədəniyyət sarayı yerli Ağsaqqallar Şurasının təsis edilməsi. <> 2.Rayon Ağsaqqallar şurasının son dövrdə keçirdiyi tədbirlərin müzakirəsi <> Tədbirdə rayon şurasının sədr müavini Səlim Məhərrəmov, idarə heyətinin üzvləri Mayıl Hacıyev, Məhərrəm Əliyev, sədr köməkçisi Ramiz Əliyev və Mədəniyyət şöbəsinin müdiri Nazim Əzimov mədəniyyət şöbəsinin ağsaqqalları və bir qrup işçisi iştirak edirdilər. <> Tədbirin məsələsi barədə şuranın sədr müavini Səlim Məhərrəmov məlumat verdi. O ilk növbədə Respublika Ağsaqqallar Şurasının sədri professor Eldar Quliyevin təbriklərini və xoş arzularını tədbir iştirakçılarına çatdırdı. Səlim Məhərrəmov qeyd etdi ki, İmişli rayon Ağsaqqallar Şurasının fəaliyyəti Saleh Səmədovun rayon şurasının sədri seçiləndən sonra daha da güclənmiş səmərəli olmuşdur. Rayon Ağsaqqallar Şurasının sıraları günü gündən genişlənir və yeni ərazi təşkilatları yaranır. Bu gün ki, tədbirimizdə Mədəniyyət şöbəsinin nəznində 23 nəfər ağsaqqalı öz sıralarında birləşdirən yeni ərazi təşkilatı yaranır. Sonra o, Ağsaqqallar Şurasının qarşısında duran vəzifələrindən danışdı və qeyd etdi ki, bu işlərin həyata keçirilməsi üçün rayon ağsaqqallarının qüvvə və imkanları birləşdirilməlidir. <> Tədbirdə çıxış edən idarə heyətinin üzvləri Mayıl Hacıyev, Məhərrəm Əliyev, sədr köməkçisi Ramiz Əliyev, Mədəniyyət şöbəsinin müdiri Nazim Əzimov, mədəniyyət şöbəsinin işçiləri Sərvər Şirinov, Namiq Mehtiyev, Validə Şirinova, Qətibə Quliyeva ağsaqqallar şurasının son dövrdəki fəaliyyətinə yüksək qiymət verdilər. Onlar qeyd etdilər ki, bu təşkilatın rayonumuzun ictimai-siyasi həyatındakı fəaliyyəti xeyli güclənmişdir. Rayonumuzun ağsaqqalları hadisələrin gedişinə daha fəal şəkildə müdaxilə edərək öz məsləhətlərini və tövsiyyələrini verməkdədirlər. Buda bir sıra məsələlrin həllində öz əhəmiyyətli rolunu göstərir. <> Çıxışlar yekunlaşdıqdan sonra Mədəniyyət şöbəsinin nəznindəki yerli şuranın idarə heyəti və sədri seçildi. Səs vermə yolu ilə Mobil Salmanov , Daşqın Dədəkişiyev, Namiq Mehtiyev, Şamil Cəbrayılov, Elşən Əzizov, Əfras Məmmədov, Abuzər Şirinov, Kərim Xudiyev, Xəqani Həsənov, idarə heyətinin üzvləri, Mobil Salmanov sədr, Daşqın Dədəkişiyev və Namiq Mehtiyev sədr müavini seçildilər. <> Yeni seçilən tərkib qısa bir müddət də Mədəniyyət şöbəsi yerli ağsaqqallar şurasının sıralarının daha da genişləndirilməsi və yerli şuranın fəaliyyətinin gücləndirilməsi barədə öhdəlik qəbul etdilər.