İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurası ilə Xoşçobanlı kənd Ağsaqqallarının birgə tədbiri keçirildi.

09-10-2024

Xəbər Şəkli

<> Tədbirdə rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri Mayıl Hacıyev, Güloğlan Xudiyev, sədr köməkçisi Ramiz Əliyev, Xoşçobanlı kənd nümayəndəsi Cahangir Əzizov, Xoşçobanlı kənd ağsaqqalları iştirak edirdilər. <> Tədbirin əsas məsələsi rayon Ağsaqqallar Şurasının həyata keçirdiyi işlər barədə hesabat və Xoşçobanlı ağsaqqallarının kənd ərazi təşkilatının təsis edilməsi. <> Məsələ barədə sədr köməkçisi Ramiz Əliyev məlumat verərək qeyd etdi ki, İmişli rayon Ağsaqqallar Şurasına yeni sədr seçiləndən sonrakı dövrdə rayon Ağsaqqallar Şurasının müxtəlif xarakterli tədbirləri həyata keçirilir. Yeni ərazi təşkilatları yaradılır, Şuranın üzvlərinin sayı günbəgün artırılır. Hal hazırda İmişli rayon Ağsaqqallar Şurası öz sıralarında 854 nəfər ağsaqqalı birləşdirir. Keçən hesabat dövründən bəri Şuraya 677 nəfər yeni üzvü qəbul edilmişdir. <> Milli-mənəvi dəyərlərimizin təbliği, insanlarımızın, xüsusən də gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində xeyli tədbirlər həyata keçirmişdir. Şəhidlərimizin ruhlarının yad ediləsinə həsr edilən anım günlərinin qeyd edilməsi, ahıllarımızın qayğılarına qalınması sahəsində bir sıra tədbirlər yerinə yetirilmişdir. <> Natiq şuranın təşkilatı cəhətdən möhkəmləndirilməsi, onun sıralarının genişləndirilməsi, müxtəlif məqsədli humanitar tədbirlərin gələcəkdə də həyata keçiriləcəyini bildirdi. <> Çıxış edən idarə heyətinin üzvləri Güloğlan Xudiyev, Mayıl Hacıyev qeyd etdilər ki, yerli ağsaqqallar şurasının kəndin həyatındakı rolu yüksəkdir. Bir sıra məsələlərin həllində ağsaqqalların fikri həlledici rol oynayır. Buna görə də Xoşçobanlı kəndində yaradılacaq yerli ağsaqqallar şurasının üzərinə böyük vəzifələr düşür. <> Çıxışlar yekunlaşdıqdan sonra səs vermə yolu ilə Xoşçobanlı kənd yerli ağsaqqallar şurası təsis edildi. 9 nəfərdən ibarət idarə heyəti, sədr və iki müavin seçildi. Vüqar Bağırov, Rasim Nağıyev, Həzi Alışov, Əsədağa Alışov, Kərim Zeynalov, Əlizadə Aslanov, Camal Quliyev, Daşqın Mustafayev, Əlixan Zeynalov idarə heyətinin üzvləri, Əlizadə Aslanov sədr, Vüqar Bağırov, Rasim Nağıyev sədr müavinləri seçildilər. Beləliklə, rayon Ağsaqqallar Şurasının Xoşçobanlı kənd yerli təşkilatı təsis edildi. <> Bununla da rayon Ağsaqqallar Şurası ilə Xoşçobanlı kənd Ağsaqqallarının birgə tədbiri yekunlaşdı.