17-10-2024
<> İmişli rayon Ağsaqqallar Şurası Rəhbərliyi ilə İmişli rayonu Yuxarı Qaralar kənd ağsaqqallarının birgə iclası keçirilmişdir! İclasda İmişli rayonu Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin müavini Səlim Məhərrəmov, İdarə Heyətinin üzvü Famil İmanov, aparat rəhbəri Ramiz Əliyev, sədrin Humanitar Məsələlər üzrə köməkçisi Murad Seyidov, sədrin Millətlərarası Münasibətlər üzrə köməkçisi Adil Kərimov, Yuxarı Qaralar kəndinin ağsaqqalları iştirak edirdilər. <> İclasın gündəliyinə iki məsələ daxil edilmişdi: İmişli rayonu Ağsaqqallar Şurasının cari fəaliyyətini əks etdirən hesabat, Yuxarı Qaralar kənd Ağsaqqallar Şurasının təsis edilməsi. <> Hesabat məruzəsi ilə İmişli rayonu Ağsaqqallar Şurasının sədri Saleh Səmədov çıxış etdi. Natiq ilk öncə toplantı iştirakçılarına birinci və ikinci Qarabağ müharibələrində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Saleh Səmədov ilk olaraq Yuxarı Qaralar kənd ağsaqqallarını Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı və Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin adından yerli kənd ərazi təşkilatının yaranması və yeni ictimai-siyasi fəaliyyətə başlamaları münasibəti ilə təbrik etdi,Şura sədri hesabata əlavə olaraq bildirdi ki, İmişli rayonu Ağsaqqallar Şurasının son bir neçə aylardakı şıçrayış xarakterli əzmkar və genişmiqyaslı fəaliyyəti onu Respublika Ağsaqqallar şurasının avanqard dəstələrindən birinə çevirmişdir. Təşkilatın boy sırası dinamik sürətdə artmaqdadır. <> Bu gün Yuxarı Qaralarda İmişli rayon Şurasının on ikinci yerli təşkilatı yaradılır ki, bu da yeni yaradılan yerli təşkilatların statiskasının yüksək vüsətini göstərir. Natiq fərəhlə qeyd etdi ki, İmişli rayon Ağsaqqallar Şurası üzvlərinin sayı min yüz nəfəri ötmüşdür! Saleh Səmədov Ağsaqqallar Şurasının fəaliyyət prioritetlərindən söz açaraq kollektiv Qərbin ixrac etməkdə israrlı olduğu qeyri-ənənəvi dəyərlərin qəbuledilməzliyini, ənənəvi milli-mənəvi dəyərlərin qətiyyətlə qorunmasını, ailə institutunun möhkəm təməllər üzərində bərqərar olmasını, elmin, təhsilin, mədəni irsin təcavüzkar xarici təsirlərdən müdafiə olunmasını ən əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirdi. <> Tədbirdə çıxış edən aparat rəhbəri Ramiz Əlyev, kənd ağsaqqallarının nümayəndələri müzakirə mövzusuna öz münasibətlərini bildirdilər. Çıxışlar başa çatdıqdan sonra Yuxarı Qaralar kənd yerli ərazi təşkilatının yaradılması məqsədi ilə açıq səsvermə keçirildi. <> Səsvermə yolu ilə 15 nəfər idarə heyətinin üzvü, sədr və 3 müavini seçildi. Əlövsət Qarayev, Sabir İsgəndərov, Umud Əhədov, Səyyaf Cəbiyev, Şakir Əhmədov, Məhərrəm Əliyev, Yusif Əliyev, Adıgözəl Əliyev, Tofiq Nuruşov, Əmrah Rəhmanov, İxtiyar Ağayev, Təbriz İbişov, Ağaqulu Həsənov, Sona Mikayılova, Azad Əliyev idarə heyətinin üzvü, Əlövsət Qarayev sədr, Sabir İsgəndərov, Umud Əhmədov və Sona Mikayılova sədrin müavini seçildilər. <> Bununla da iclas öz işini başa vurdu.