İMİŞLİ RAYON AĞSAQQALLAR ŞURASI

İmişli rayon Ağsaqqallar Şurası ilə İmişli rayon Soltanmuradlı kənd Ağsaqqallarının birgə tədbiri keçirildi.

17-10-2024

Xəbər Şəkli

<> İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi Soltanmuradlı kənd Ağsaqqalları ilə tədbir həyata keçirdi. Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədr müavini Səlim Məhərrəmov, Aparat rəhbəri Ramiz Əliyev, İdarə heyətinin üzvü Famil İmanov, Millətlərarası Münasibətlər üzrə sədrin köməkçisi Adil Kərimov, Humanitar məsələlər üzrə sədrin köməkçisi Murad Seyidov, Soltanmuradlı, Ölcələr, Yuxarı Qaralar İcra nümayəndəsi Əbülfət Əliyev, Bələdiyyə sədri Ramin Mirsalahov və 37 nəfər kənd Ağsaqqalları iştirak etdi. <> Tədbiri giriş sözü ilə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov açaraq tədbir iştirakçılarını salamladı. Tədbir iştirakçılarına Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı və Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin səmimi salamlarını çatdırdı. Sonra 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının prezidenti və Ali Baş Komandon cənab İlham Əliyevin uzaqgörən siyasətindən, Dövlətlə Xalqın "Dəmir Yumruq" ətrafında birliyindən, Müzəffər Ordumuzun analoqu olmayan Qəhrəmanlarından söz açaraq onların ruhu bir dəqiqəlik sükutla yad edildi. <> Sonra Aparat Rəhbəri Ramiz Əliyev, sədrin müavini Səlim Məhərrəmov və İdarə Heyətinin üzvü Famil İmanov çıxış edərək son altı ayda, daha doğrusu Saleh Səmədovun İmişli rayon Ağsaqqallar Şurasına sədrlik etdiyi dövrdə görülən təqdirə layiq işlər və Ağsaqqallar Şurasının Əsasnaməsi və Nizamnaməsi barədə danışaraq maarifləndirici məlumatlar verdilər. <> Açıq səsvermə yolu ilə Soltanmuradlı kənd Ağsaqqallar Şurasına 11 nəfər idarə heyətinin üzvü, sədri və 3 müavini seçildi. Hacı Nazim Camalov, Qədim Abdullayev, Mübariz Camalov, Vaqif İbadov, Kəmaləddin Abışov, Ələkbər İbadov, Eldar İbişov, Mirkamal Əzizov, Yasəf Cəfərov, Fuad Şıxalıyev, Loğman Quliyev üzv seçildi. <> Səsvermə yolu ilə Camalov Hacı Nazim Soltanmuradlı kənd Ağsaqqallar Şurasının sədri, Qədim Abdullayev ilə Mübariz Camalov sədrin müavini seçildi. <> Beləliklə Soltanmuradlı kənd Ağsaqqallar Şurası təsis edildi. <> Sonda İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Soltanmuradlı kənd Ağsaqqallar Şurasının üzvlərini təbrik edərək onlara uğurlar arzuladı. <> Bununla da tədbir yekunlaşdı.